Bakıda ikinci dəfə olaraq Formula 1 yarışları keçirilib.
İyunun 23-dən 25-dək keçirilən yarışlar bir çox maraqlı məqamla yadda qalıb. Tamaşaçılar həm, idmançıların yarışından, həm də turnirin əyləncə proqramından razı qalıblar.
Yarış iştirakçıları Baku Ciry Circuit-in yolunda 51 dövrə vurublar. Gərgin mübarizə Red Bull komandasından Daniel Rikkardonun qələbəsi ilə başa çatıb. İkinci yer Mercedes Petronas-dan Valtteri Bottasa, üçüncü isə Williams-dan Lens Stroll-a qismət olub.
Bakıda ilk Formula 1 yarışları 2016-cı ildə keçirilib. Həmin yarışın qalibi Niko Rosberq olub.