11:53 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
  • Keçmiş Energetika pansionatının yataqxanalarındakı vəziyyət

© Sputnik / Irade JELIL
Keçmiş "Energetika pansionatı"nın yataqxanalarındakı vəziyyət

"Evimiz uçub, tökülüb başımıza. Bir aydan artıqdır ki, burada yaşayırıq"

Xəzər rayonu, Şüvəlan qəsəbəsində "Energetika pansionatı" adlanan yataqxana var. Dənizə yaxın, bahalı istirahət mərkəzlərinə gedən yoldan azacıq aralıda yerləşir. Bu uçuq-sökük yataqxana yüzlərlə ailənin, yüzlərlə insanın yaşadığı bir məkandır.

İndi həmin bina uçmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Sakinlər bir aydan çoxdur ki, təhlükəli binadan təxliyə edilib. Bəzi ailələrin getməyə yeri olmadığı üçün, həyətdə qurulan çadırlarda yaşayırlar. Yataqxananın həyətində 70-dən artıq çadır qurulub. Ərazidə 150-yə yaxın ailə yaşayır.

Qiymət Cavadova əslən Xocalıdandır. Deyir ki, oğlu 1992-ci ildə şəhid olub. Qiymət xala qaçqın düşəndən sonra bu yataqxanada yaşayıb. Yataqxana yararsız hala düşəndən sonra ona da çadır verilib.

"Evimiz uçub, tökülüb başımıza. Bir aydan artıqdır ki, burada yaşayırıq. Hamı gəlib çəkir, amma köçürüb aparmırlar bizi. Çadırda yaşamaq çox çətindir. Elə bil çadırda yaşamaq alnımıza yazılıb. Yağış olanda damır, isti olan kimi buxarlanır, ölürük istidən. Bizi burdan çıxarsalar, canımız qurtarar" — deyir.

Qiymət xalanın sözlərinə görə, çadır nə qədər pis olsa da, evin başına uçmasından yaxşıdır: "Yenə bilirsən ki, başına daş düşməyəcək".

Ləman Vəliyeva isə 15 ildən çoxdur ki, bu yataqxanada yaşayırmış. Üç övladı da elə bu yataqxanada dünyaya gəlib: "Özüm Ağdamdanam. Üç övladım var, yoldaşımdan ayrılmışam. Bir evim var idi. O da uçmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Çıxarıblar bizi. Deyirlər, "içəri girmək olmaz". Bir ay yarımdır ki, çadırda qalırıq. Deyirlər ki, "iki aydan sonra sizi köçürəcəyik". Uşaqlarımı sosial yardımla saxlayıram".

Ulduzə Xocayeva da Xocalı sakinidir. O da bu çadır şəhərciyinin sakinidir. Həm də şəhid ailəsidir. 1992-ci ildə övladı Qarabağ müharibəsində dünyasını dəyişib.

"Yenə sağ olsunlar ki, bu çadırları qurublar. Yoxsa yataqxanada təhlükə altında idik. Bilirik ki, başımıza uçmayacaq. Neçə dəfə uşaqlarımızın başına o yataqxanadan daş düşüb. Mənim nəvəmin başına 8 tikiş qoymuşdular. Bina yırğalanır yerində. Heç kim maraqlanmır. Çadırda heç olmasa, rahatıq" — U. Xocayeva danışır.

Sakinlər deyirlər ki, iki aydır, bu çadırlarda yaşayırlar, amma çadır və döşəməyə vurulan taxta parçasından başqa onlara heç nə verilməyib. Qiymət xalanın dediyinə görə, bu iki ayda Bakı Dövlət Universitetinin tələbələrindən savayı onları yada salan olmayıb: "Onlar bizə yardım gətirmişdilər. Başqa da heç nə. Bircə rahatlığımız odur ki, bina başımıza uçmayacaq".

Çadırlardan bir qədər aralıda isə digər yarıuçuq yataqxana yerləşir. Oranın sakinləri də hallarından razı deyillər. Deyirlər ki, 25 ildir qaçqın həyatı yaşayırlar: "Az qalır, yataqxana uçsun başımıza. Hər gecə səksəkə ilə yatırıq".

Bu yataqxanada gələcəyin əsgərləri böyüyür! Hər anı ölüm təhlükəsi yaşanan yataqxanada…

Əlaqədar

Bakının müxtəlif ərazilərində çadırlar qurulub
Bakıda toy çadırları qurulacaq
İlahiyyatçıdan VIP çadır servisi barəsində maraqlı açıqlama
Vitse-spiker ermənilərin toy çadırını atəşə tutmasına reaksiya verdi
Ermənilər Tərtərdə toy çadırını atəşə tutublar
Moskvada oruc tutanlar üçün iftar çadırı qurulub
Teqlər:
çadır şəhərciyi, "Energetika pansionatı", Şüvəlan qəsəbəsi, Xəzər rayonu, sakin, yataqxana

Digər fotolentlər

  • Сaz festivalıın açılışı: ecazkar musiqi və Qız qalası üzərində video installyasiya
    Last update: 22:19 18.10.2019
    22:19 18.10.2019

    Festival başlandı: Qız qalası caz rənglərinə büründü

    Ənənəvi Baku Jazz payız festivalı İçərişəhərdə açıq havada rəngarəng konsert və Qız qalasının üzərinə proyeksiya olunan installyasiya ilə başlandı. Musiqi bayramının ilk günündən kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin

    31
    24
  • Astarada naringi yığımına başlanılıb
    Last update: 19:03 18.10.2019
    19:03 18.10.2019

    Astaranın ətirli "zümrüdləri": Yeni ilin dadlı rəmzi süfrələrə yol alır

    Astara sitrusçuları tezyetişən “Karli” sortundan olan naringilərin yığımına başlayıblar. Kijəbə qəsəbəsində tədarük işlərini Sputnik Azərbaycan-ın fotolentində izləyin

    20
    15
  • Amerikalı model Bella Hadid
    Last update: 09:15 18.10.2019
    09:15 18.10.2019

    Qaynar onluq: Dünyanın ən gözəl qızları

    Supermodel Bella Hadid dünyanın ən gözəl qızı elan edilib – tədqiqatlar göstərib ki, onun üz cizgiləri idealdır. Dünyanın ən gözəl qızlarının top onluğuna bizim fotolentdə baxa bilərsiz

    674
    10
  • İranlı qadın azarkeşlər futbol üzrə Dünya çempionatının təsnifat mərhələsində
    Last update: 16:35 15.10.2019
    16:35 15.10.2019

    Fanat sevinci: İranlı qadınları qırx ildən sonra stadiona buraxıblar

    Futbol azarkeşi olan iranlı qadınlar öz qələbələrini qeyd edirlər. Onlar 1979-cu il İran İslam İnqilabından sonra öz sevimli komandalarına azarkeşlik etmək üçün ilk dəfə stadiona buraxılmaq hüququ əldə ediblər

    464
    14

Əsas mövzular