06:58 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
  • Süleyman Rüstəm 193 ünvanında yerləşən evlərdəki hazırki vəziyyət

© Sputnik / Irade JELIL
Süleyman Rüstəm 193 ünvanında yerləşən evlərdəki hazırki vəziyyət

Nazirlər Kabineti: "Rifah Plaza" evləri qanunsuz olaraq uçurur və buna görə Nəsimi Rayon İcra başçısı Asif Əsgərov məsuliyyət daşıyır

BAKI, 3 may — Sputnik. Süleyman Rüstəm 193 (keçmiş 69) ünvanında yaşayan sakinlərlə "Rifah Plaza" tikinti şirkəti arasında olan mübahisə davam edir. Bu gün Sputnik Azərbaycan-ın əməkdaşı yenidən hadisə yerində olub. Sakinlər əməkdaşımıza bildirib ki, evdə qorxu ilə yaşayırlar:

"Hara müraciət edəcəyimizi artıq bilmirik. Çünki bizi dinləyən yoxdur. Şirkət nümayəndələrinin yanında kimin adını çəkirik, bizə gülürlər. Köçəcəyik ay bala".

Ərazi sakinlərinin sözlərinə görə, şirkət nümayəndələri Sədaqət Hüseynovanın əşyalarını çölə töküb, evini sökdükdən sonra həyətin digər sakinləri üçün vaxt qoyub: "Bir neçə gündür ki, deyirlər "çıxın, yoxsa gəlib evi başınıza uçurdacağıq". Biz də qalmışıq çarəsiz. Kimə müraciət edək, dərdimizi kimə deyək, bilmirik?!"

Sədaqət Hüseynovanın sözlərinə görə, əvvəllər 16 ailə yaşayan həyətdə hazırda 5 ailə qalıb. Onlar da çarəsiz vəziyyətdədirlər:

"Bu gün bir daha Nazirlər Kabinetinə getdik. Bizi Mayil müəllim qəbul etdi, dinlədi və bildirdi ki, başıma "Rifah Plaza" tərəfindən gətirilən hər bir şey qanunsuzdur və buna görə Nəsimi Rayon İcra başçısı Asif Əsgərov məsuliyyət daşıyır. Biz məktubla da müraciət etdik. Bildirildi ki, yaxın günlərdə məsələmizə baxılacaq".

Hazırda 5 ailədən 3-ü də vəziyyətlə barışmalı olub. Evləri boşaldırlar. Digər iki ailə isə hələ kirayə ev tapa bilmədikləri üçün, bir neçə gün öz evlərində qalacaqlar.

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, Mənzil Məcəlləsinin V maddəsində qeyd edilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ var. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz: "Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada, qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir".

Hüquqşünas həmçinin qeyd edib ki, bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən, kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz".

Əlaqədar

Bakının mərkəzində şiddət yaşanır: sakinləri zorla evlərindən çıxarırlar
Sənədi olmayan evlər söküləcək
Masazırda neft quyuları üzərində tikilən evlər köçürülməyəcək
Teqlər:
Nəsimi Rayon İcra başçısı Asif Əsgərov, evlərin uçurulması, "Rifah Plaza" tikinti şirkəti, Nazirlər kabineti, sakinlər, Süleyman Rüstəm küçəsi, Bakı

Digər fotolentlər

Əsas mövzular