22:32 25 Aprel 2017
Canlı yayım
FOTO

Qlobal təhlükə barədə xəbərdarlıq edildi

Qısa URL
82343
  • Elsmir adasında qlobal istiləşmədən ciddi zərər görmüş buzlaqlar
  • NASA mütəxəssisi Loren Prinski
  • Dəniz buzlaqlarının torpaqla qovuşduğu yer
  • Dəniz buzu
  • Buzlaq sahəsi
  • Buzlaq sahəsi
  • Tule aviabazası yaxınlığında amerika ağ dovşanı
  • Tule aviabazası yaxınlığındakı evlər
  • Yuxarı Baffin körfəzi sahilindəki buzlaqlarda əmələ gəlmiş çatlar
  • Tule aviabazasında NASA-nın tədqiqat təyyarəsi,
  • NASA-nın IceBridge missiyasının təyyarəsindən müşahidə edilən buzlaq sahəsi
  • Tule aviabazası yaxınlığında buzlaqlarla əhatə olunmuş aysberq
  • Tule aviabazası yaxınlığında qar çovğunu
  • Yuxarı Baffin körfəzi sahili ərazisindəki buz örtüyü
  • Elsmir adasındakı buzlaqlar
  • Yuxarı Baffin körfəzi sahili ərazisindəki buz örtüyü
© Foto: Mario Tama / Getty Images
Elsmir adasında qlobal istiləşmədən ciddi zərər görmüş buzlaqlar, Kanada, 29 mart 2017-ci il.

Tezliklə əriyən buzlar səbəbindən Yer kürəsinin suya qərq olacağı açıqlanıb

ABŞ kosmik agentliyi NASA on ildir ki, buzlaqların vəziyyətini izləyir və "IceBridge" missiyası çərçivəsində hava şərtlərini öyrənir. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, agentlikdən mövcud durumla bağlı yeni açıqlama gəlib.

Bu il martın əvvəlində alimlər bildiriblər ki, Arktikada dəniz buzlarının həcmi müşahidə olunduğu bütün dövrlər içərisindəki ən aşağı səviyyəsinə çatıb. Buzlaqların ərimə sürəti isə ekspertlərin bütün proqnozlarını ötüb keçib.

Ötən 10 il ərzində çoxillik buzların həcmi 15% azalıb. Nəticədə dünya okeanının səviyyəsi sürətlə 40 santimetr artıb.

"IceBridge" missiyasının Kanada, Qrenlandiya və Şimal Buzlu Okeanı üzərində həyata keçirilən 8 saatlıq uçuşunu "Getty Images" agentliyinin fotoqrafı Mario Tama müşayiət edib. Ona Arktika buzlarının necə tədricən yoxa çıxmasını öz gözləri ilə görmək və bu gözəlliyin kadrlarını çəkmək nəsib olub. Tama öz fotoobyektivinin köməyi ilə dünyanın ən soyuq ucqarlarında baş verənləri fotoların yaddaşına köçürüb.

Əlaqədar

Obama liderlərə mesaj vermək üçün buzlaqları gəzir
Onlar Yer kürəsinə qayıdırlar — az qaldı
2017-ci ildə Yer kürəsini fəlakət gözləyir
"ABŞ dağıtdığı Yer kürəsində başqa hansı iz qoyub?"
Yer kürəsini məhv edəcək ulduz aşkarlandı
Teqlər:
buzlaqların əriməsi, qlobal istiləşmə, Tule aviabazası, IceBridge missiyası, NASA, Baffin dənizi, Arktika

Digər fotolentlər

Əsas mövzular