07:37 30 May 2017
Canlı yayım
FOTO

Heç vaxt qocalmayan "Arşın mal alan"

Qısa URL
12821
  • Xalq artisti İlham Namiq Kamal Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilmiş Arşın mal alan tamaşasında

© Foto: Rustem Farman Ismayilov
Xalq artisti İlham Namiq Kamal Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilmiş "Arşın mal alan" tamaşasında

Heç vaxt qocalmayan "Arşın mal alan" və ya hər bir səhnədə özünü sınayan sənətkar

Teatrşünas Çingiz Ələsgərli, Sputnik Azərbaycan

BAKI, 27 mart — Sputnik. Dahi Üzeyir Hacıbəyli 104 il bundan əvvəl — 1913-cü ildə yaradıcılığının şah əsəri olan "Arşın mal alan"ı yazmışdı. Bir əsrdən artıq bir müddətdir ki, bu maraqlı əsərdəki qeyri-adi süjet müxtəlif rejissor yozumlarında və aktyor ifalarında tamaşaçıları daim cəlb edir. Dövr dəyişir, insanlar müasirləşir, lakin Üzeyir Hacıbəylinin yazdığı "Arşın mal alan" əsərinə münasibət dəyişməz qalır. Bu klassik əsər hər zaman müasir olan nümunədir. Əsərdə ümümbəşəri dəyərlər, optimist xalq ruhu, həyata olan sadə, eyni zamanda müdrik münasibət, yüksək mənəvi-əxlaqi keyfiyyətlər olduqca qüvvətlidir.

Bu ilin mart ayının 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində əsərin yeni rejissor yozumunda ilk tamaşasını seyr edib, bir daha əmin oldum ki, Üzeyir Hacıbəyli dühasının yadigarı olan "Arşın mal alan" əsəri heç vaxt dəbdən düşməyəcək. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı hər zaman xarici ölkərdən sənətçilər dəvət edib, tamaşaçılarını heyrətləndirə bilən sənət ocağıdır. Bu dəfə isə qocaman teatrın rəhbərliyi Dövlət Musiqili Teatrın aparıcı aktyoru, Xalq artisti, "Şöhrət" ordenli professor İlham Namiq Kamalı Sultan bəy roluna, Əməkdar artist Ələkbər Əliyevi isə Vəli roluna dəvət edərək, tamaşaçılarını heyrətləndirib, sevindirə bildi.

"Arşın mal alan" tamaşasının dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Tamaşanın ifaçılarından danışmazdan əvvəl, əsəri müşayiət edən simfonik orkestrin peşəkar musiqi ifalarını xüsusi qeyd etməliyəm. Əyyub Quliyevin dirijorluq etdiyi orkestrin ayrı-ayrı musiqi nömrələrini dəqiq təqdimatı tamaşaçıya səhnələrə biganə qalmağa imkan vermir. Sanki orkestr gənc və istedadlı dirijorun rəhbərliyi ilə Üzeyir Hacıbəyli dühasının musqili komediyasının musiqi təsvirini yaradır. Bu əsəri musiqi səslərinin polifoniyası da adlandırmaq olar.
Əməkdar artist Fərid Əliyevin Əsgər, Tural Ağasiyevin Süleyman, Əməkdar artist Gülüstan Əliyevanın Cahan xala, Əməkdar artist Ələkbər Əliyevin Vəli obrazları həm musiqi nömrələrinin, həm də aktyor ifalarının peşakarlığı ilə diqqət cəlb edir. Aktyor ifaları ilə musiqi partituraları sanki bir-birini tamamlayır, vəhdət təşkil edir.

Əməkdar artist İnarə Babayevanın Gülçöhrə, Xalq artisti Fidan Hacıyevanın Asya və Xalq artisti Gülyaz Məmmədovanın Telli obrazları yüksək peşəkar ifaları ilə maraq doğurur. Gənc sənətçi İnarə Babayevanın cingiltili və eyni zamanda məlahətli səs imkanları tamaşaçıları biganə qoymur. Demək olar ki, bütün maraqlı ifalar Üzeyir Hacıbəyli musiqisinin ecazkarlığını və qeyri-adiliyini üzə çıxara bilir.

Tamaşanın ansambl bütövlüyünə xidmət edən daha bir obraz görkəmli sənətkarımız İlham Namiq Kamalın çox böyük ustalıqla yaratdığı Sultan bəy obrazıdır. Sultan bəy obrazının saysız-hesabsız ifalarını görsək də, bu ifa da maraqlı olub, tamaşaçı diqqətinə səbəb olur. Sultan bəy İlham Namiq Kamalın ifasında həm sevən ata, həm də övladının gələcəyini düşünən insandır. O, qızı Gülçöhrəni, qardaşı qızı Asyanı sevən, qulluqçusu Telliyə dəyər verən mülkədardır. İlk baxışda adi görünən hadisə qeyir-adiliyi ilə diqqət çəkir. Süleyman bəy qəlbi təmiz bir adamdır, lakin dövrünün övladı kimi hərəkət edir. İnsanın, xüsusən qadının alınıb-satıldığı bir zəmanədə nə yaxşı ki, Əsgər və Gülçöhrə kimi bir-birini sevən iki gənc də var.

Sultan bəyin yöndəmsiz və qocavari hərəkətlərini dəqiq ifalar müşayiət edir. İlham Namiq Kamal dəqiq təsvir və təqdimatı ilə Sultan bəyin qızı, qardaşı qızı və bəylərlə olan səhnələrdə tam fərqli manasibət və ifalar nümayiş etdirir. Onun həyatda istək və arzusu hallıca-dulluca bir arvaddır. Ona görə də, xala ilə rastlaşan Sultan bəyin sevinci yerə-göyə sığmır, xalanı itirəndə isə qəmlənir.

İlham Namiq Kamal obrazın xarici görüntülərini müşayiət edən daxili dəyişmələr vəhdətinin rəngarəngliyini nümayiş etdirməyə müvəffəq olur. Bizə elə gəlir ki, yeni bir Sultan bəylə təmasda oluruq. Sanki Sultan bəy obrazı keçdiyi bir əsrlik yolda, daha müdrik, daha ağıllı və eyni zamanda daha cəlbedici olub.

Sultan bəy obrazının görkəmli sənətkarımız İlham Namiq Kamalın Dövlət Opera və Balet Teatrının səhnəsində yeni uğurudur desək, heç də səhv etmərik. İlham müəllim hər bir səhnədə seçilməyi bacaran qüdrətli sənətkarlarımızdan biridir. Çox maraqlıdır ki, İlham Namiq Kamalın səs imkanları Sultan bəy obrazını tamlıqla aça bilir. Səhnədə aktyorun səs imkanları ilə hərəkətləri çox maraqlı vəhdət təşkil edir. Tamaşaçı aktyorun canlı və rəngarəng təqdimatını sevə-sevə izləyir və hər dəfə onu intizarla gözləyir. Hətta əsərə əlavə olunan bəzi xırda improvizələr belə, ümumilikdə normal qəbul olunur. İlham müəllimin bu improvizələri Üzeyir Hacıbəyli fikrinin davamı olaraq maraqlı səslənir və deməliyik ki, günümüzlə də səsləşir. Tamaşaçı da onları normal qəbul edib, ürəkdən gülür. Tamaşaçılarımız çox sayda Sultan bəy obrazları görsələr də, İlham Namiq Kamalın yaratdığı obrazı da səmimi qəbul edir və onun səhnəyə hər gəlişini gurultulu alqışlarla qarşılayırlar.

Heç vaxt qocalmayan "Arşın mal alan" tamaşasındakı maraqlı Sultan bəy obrazı ilə sənətkarımız göstərdi ki, o, istənilən səhnədə, istənilən janrda parlaq, maraqlı, yaddaqalan və milli teatr tarixinə həkk olunan ifa nümayiş etdirə bilir.

Əlaqədar

Aktyor: “Bizim teatrda boş yer olmur”
Sankt-Peterburq teatrının nümayəndə heyəti Bakıdadır
Türkiyədə teatr aktyoru 3000 manatadək maaş alır
"Azərbaycan teatrının ləyaqətli tarixi var"
Teqlər:
"Arşın mal alan", Üzeyir Hacıbəyli, İlham Namiq Kamal, sənətkar, teatr

Digər fotolentlər

Əsas mövzular