FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

2016-cı ildə bəşəriyyət kimləri itirdi?

Abunə olmaq
Yola saldığımız il ölkəmiz və dünya üçün bir sıra mühüm hadisələrlə yadda qaldı

2016-cı ili geridə qoyduq. Ötən il ölkəmiz və dünya üçün bir sıra mühüm hadisələrlə yadda qaldı. Bir sıra məşhur insanlar dünyadan köçdülər. Sputnik RİA-ya istinadən 2016-cı ildə dünyasını dəyişmiş məşhurlarla bağlı fotolent təqdim edir.

© AFP 2023 / NILS MEILVANGƏfsanəvi Britaniya musiqiçisi Devid Boui yanvarın 11-də 69 yaşında vəfat edib. Rok musiqiçisinin ölümünə səbəb qaraciyər xərçəngi olub. Onun xəstə olduğunu yalnız ən yaxın dostları bilib.
Devid Boui - Sputnik Azərbaycan
1/24
Əfsanəvi Britaniya musiqiçisi Devid Boui yanvarın 11-də 69 yaşında vəfat edib. Rok musiqiçisinin ölümünə səbəb qaraciyər xərçəngi olub. Onun xəstə olduğunu yalnız ən yaxın dostları bilib.
© Sputnik / Yury Somov / Mediabanka keçidYanvarın 14-də ağır atletika üzrə ikiqat dünya çempionu, Leonid Jabotinski 78 yaşında vəfat edib. O, dünyada 19, SSRİ-də isə 20 rekordu təzələyib.
Leonid Jabotinski - Sputnik Azərbaycan
2/24
Yanvarın 14-də ağır atletika üzrə ikiqat dünya çempionu, Leonid Jabotinski 78 yaşında vəfat edib. O, dünyada 19, SSRİ-də isə 20 rekordu təzələyib.
© AP Photo / Joel Ryan/InvisionBritaniya aktyoru Alan Rikman yanvarın 14-də 69 yaşında vəfat edib. Gənc nəsil onu “Harri Potter” filmindən professor Severus Sneqq rolu ilə tanıyır.
Alan Rikman - Sputnik Azərbaycan
3/24
Britaniya aktyoru Alan Rikman yanvarın 14-də 69 yaşında vəfat edib. Gənc nəsil onu “Harri Potter” filmindən professor Severus Sneqq rolu ilə tanıyır.
© AFP 2023 / FRANCOIS GUILLOTFevralın 19-da dünya şöhrətli italiyalı yazıçı və filosof, Umberto Eko 85 yaşında vəfat edib. "Qızılgülün adı", "Fukonun rəqqası", "Bir gün əvvəlki ada", "Baudolino", "Şahzadə Loananın sirli alovu", "Praqa məzarlığı" kimi romanları dünyada bestsellerə çevrilmişdi.
Umberto Eko - Sputnik Azərbaycan
4/24
Fevralın 19-da dünya şöhrətli italiyalı yazıçı və filosof, Umberto Eko 85 yaşında vəfat edib. "Qızılgülün adı", "Fukonun rəqqası", "Bir gün əvvəlki ada", "Baudolino", "Şahzadə Loananın sirli alovu", "Praqa məzarlığı" kimi romanları dünyada bestsellerə çevrilmişdi.
© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidMəşhur rusiyalı aktrisa Natalya Kraçkovskaya fevralın sonlarında Moskva şəhər xəstəxanasına yerləşdirilib, martın 3-də isə 77 yaşında dünyasını dəyişib.
Natalya Kraçkovskaya - Sputnik Azərbaycan
5/24
Məşhur rusiyalı aktrisa Natalya Kraçkovskaya fevralın sonlarında Moskva şəhər xəstəxanasına yerləşdirilib, martın 3-də isə 77 yaşında dünyasını dəyişib.
© AFP 2023 / LEON NEALMartın 31-də məşhur arxitektor Zaha Hədid 65 yaşında dünyasını dəyişib. Onun dizaynı əsasında Britaniya, Honq Konq, Almaniya və Azərbaycan da daxil olmaqla, dünyanın bir neçə ölkəsində möhtəşəm memarlıq abidələri tikilib. Romadakı XXI əsr milli incəsənət muzeyi, Londondakı Su Olimpiya İdman növləri Mərkəzi, Serpentin Sakler Qalereyası, Sinsinnatidəki Rozental müasir incəsənət Mərkəzi, Çindəki Quançjou Opera Teatrı, Qlazqodakı Nəqliyyat muzeyi, Bakıdakı Heydər Əliyev Mərkəzinin binası və s. onun yaradıcılığının məhsuludur.
Zaha Hədid - Sputnik Azərbaycan
6/24
Martın 31-də məşhur arxitektor Zaha Hədid 65 yaşında dünyasını dəyişib. Onun dizaynı əsasında Britaniya, Honq Konq, Almaniya və Azərbaycan da daxil olmaqla, dünyanın bir neçə ölkəsində möhtəşəm memarlıq abidələri tikilib. Romadakı XXI əsr milli incəsənət muzeyi, Londondakı Su Olimpiya İdman növləri Mərkəzi, Serpentin Sakler Qalereyası, Sinsinnatidəki Rozental müasir incəsənət Mərkəzi, Çindəki Quançjou Opera Teatrı, Qlazqodakı Nəqliyyat muzeyi, Bakıdakı Heydər Əliyev Mərkəzinin binası və s. onun yaradıcılığının məhsuludur.
© AP Photo / Liu Heung ShingMəşhur amerikalı müğənni gitaraçı, bəstəkar və öz mahnılarının müəllifi Prins, aprelin 21-də 57 yaşında vəfat edib. Onun ölümünə səbəb narkotik maddəni artıq dozada qəbul etməsi olub.
Prins - Sputnik Azərbaycan
7/24
Məşhur amerikalı müğənni gitaraçı, bəstəkar və öz mahnılarının müəllifi Prins, aprelin 21-də 57 yaşında vəfat edib. Onun ölümünə səbəb narkotik maddəni artıq dozada qəbul etməsi olub.
© Sputnik / Vitaly Belousov / Mediabanka keçidƏfsanəvi sovet və Rusiya jurnalisti Valentin Sergeyeviç Zorin aprelin 27-də Moskva klinikalarının birində 92 yaşında ölüb.
Valentin Zorin - Sputnik Azərbaycan
8/24
Əfsanəvi sovet və Rusiya jurnalisti Valentin Sergeyeviç Zorin aprelin 27-də Moskva klinikalarının birində 92 yaşında ölüb.
© AP Photo / Chris Pizzelloİyun ayında Finiksdəki xəstəxanalardan birində əfsanəvi boks ustası Məhəmməd Əli 75 yaşında vəfat edib. O, 30 ilə yaxın idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi, lakin ölümünə səbəb, səbəbləri elmə məlum olmayan septik şok olub.
Məhəmməd Əli - Sputnik Azərbaycan
9/24
İyun ayında Finiksdəki xəstəxanalardan birində əfsanəvi boks ustası Məhəmməd Əli 75 yaşında vəfat edib. O, 30 ilə yaxın idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi, lakin ölümünə səbəb, səbəbləri elmə məlum olmayan septik şok olub.
© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidİyunun 19-da rus əsilli Amerika aktyoru Anton Yelçin San-Fernando vadisində dünyasını dəyişib. Dostları aktyorun yanmış cəsədini qəzaya uğramış "Jeep Grand Cherokee" markalı avtomobillə giriş darvazasına bərkidilmiş kərpic poçt yeşiyi arasında tapıblar.
Anton Yelçin - Sputnik Azərbaycan
10/24
İyunun 19-da rus əsilli Amerika aktyoru Anton Yelçin San-Fernando vadisində dünyasını dəyişib. Dostları aktyorun yanmış cəsədini qəzaya uğramış "Jeep Grand Cherokee" markalı avtomobillə giriş darvazasına bərkidilmiş kərpic poçt yeşiyi arasında tapıblar.
© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidİyulun 21-də məşhur jurnalist Pavel Şeremet Kiyevdə avtomobilin partlaması səbəbindən dünyasını dəyişib.
Pavel Şeremet - Sputnik Azərbaycan
11/24
İyulun 21-də məşhur jurnalist Pavel Şeremet Kiyevdə avtomobilin partlaması səbəbindən dünyasını dəyişib.
© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidDünya şöhrətli yazıçı Fazil İskəndər iyulun 31-də 87 yaşında vəfat edib.
Fazil İskəndər - Sputnik Azərbaycan
12/24
Dünya şöhrətli yazıçı Fazil İskəndər iyulun 31-də 87 yaşında vəfat edib.
© AFP 2023 / ANTONIO SCORZA Avqustun 16-da Beynəlxalq Futbol Federasiyaları İttifaqının (FIFA) sabiq rəhbəri Joao Avelanj 101 yaşında vəfat edib.
Joao Avelanj - Sputnik Azərbaycan
13/24
Avqustun 16-da Beynəlxalq Futbol Federasiyaları İttifaqının (FIFA) sabiq rəhbəri Joao Avelanj 101 yaşında vəfat edib.
© Photo : Brendan Smialowski/Pool Photo via APSentyabrın 2-də Özbəkistan prezidenti İslam Kərimov insult nəticəsində vəfat edib. O, 1991-ci ildən ölümünə qədər Özbəkistana rəhbərlik edib.
İslam Kərimov - Sputnik Azərbaycan
14/24
Sentyabrın 2-də Özbəkistan prezidenti İslam Kərimov insult nəticəsində vəfat edib. O, 1991-ci ildən ölümünə qədər Özbəkistana rəhbərlik edib.
© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidMəşhur sovet və rus sirk ustası Mstislav Zapaşnı sentyabrın 22-də 79 yaşında ölüb.
Mstislav Zapaşnı - Sputnik Azərbaycan
15/24
Məşhur sovet və rus sirk ustası Mstislav Zapaşnı sentyabrın 22-də 79 yaşında ölüb.
© AP Photo / Oded Baliltyİsrailin sabiq prezidenti, Nobel sülh mükafatının laureatı, Şimon Peres sentyabrın 28-də 93 yaşında vəfat edib. O, insult keçirdikdən 2 həftə sonra xəstəxanada keçinib.
Şimon Peres - Sputnik Azərbaycan
16/24
İsrailin sabiq prezidenti, Nobel sülh mükafatının laureatı, Şimon Peres sentyabrın 28-də 93 yaşında vəfat edib. O, insult keçirdikdən 2 həftə sonra xəstəxanada keçinib.
© AFP 2023 / CHRISTOPHE ARCHAMBAULTTailand kralı Pxumipon Adulyadet (IX Rama) oktyabrın 13-də 89 yaşında ölüb.
Pxumipon Adulyadet - Sputnik Azərbaycan
17/24
Tailand kralı Pxumipon Adulyadet (IX Rama) oktyabrın 13-də 89 yaşında ölüb.
© Sputnik / Vitaly Belousov / Mediabanka keçidSovet və rus kino və teatrının patriarxı Vladimir Zeldin oktyabrın 31-də 102 yaşında vəfat edib.
Vladimir Zeldin - Sputnik Azərbaycan
18/24
Sovet və rus kino və teatrının patriarxı Vladimir Zeldin oktyabrın 31-də 102 yaşında vəfat edib.
© Sputnik / Aleksey Danichev / Mediabanka keçidNoyabrın 2-də əfsanəvi kloun Oleq Popov Rostovda qastrol zamanı 87 yaşında vəfat edib. O, həyatının son 30 ilini Almaniyada yaşayıb və Rusiyanın bir neçə şəhərinə qastrola getməyi planlaşdırmışdı.
Oleq Popov - Sputnik Azərbaycan
19/24
Noyabrın 2-də əfsanəvi kloun Oleq Popov Rostovda qastrol zamanı 87 yaşında vəfat edib. O, həyatının son 30 ilini Almaniyada yaşayıb və Rusiyanın bir neçə şəhərinə qastrola getməyi planlaşdırmışdı.
© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidMəşhur kanadalı müğənni və aktyor Leonar Koen ömrünün 84-cü ilində Los Ancelesdə həyata əlvida deyib. Müğənninin vəfatı barədə məlumatlar noyabrın 11-də yayılsa da, onun 7 noyabr gecəsi öldüyü məlum olub.
Leonar Koen - Sputnik Azərbaycan
20/24
Məşhur kanadalı müğənni və aktyor Leonar Koen ömrünün 84-cü ilində Los Ancelesdə həyata əlvida deyib. Müğənninin vəfatı barədə məlumatlar noyabrın 11-də yayılsa da, onun 7 noyabr gecəsi öldüyü məlum olub.
© AFP 2023 / STIG NILSSON Noyabrın 25-də 90 yaşında Kuba inqilabının əfsanəvi lideri Fidel Kastro dünyasını dəyişib. 50 ilə yaxın dövləti idarə edən Kastro səhhətinə görə 2006-ci ildə bütün vəzifələrindən getmiş və hakimiyyət başına qardaşı Raul Kastro keçmişdi.
Fidel Kastro - Sputnik Azərbaycan
21/24
Noyabrın 25-də 90 yaşında Kuba inqilabının əfsanəvi lideri Fidel Kastro dünyasını dəyişib. 50 ilə yaxın dövləti idarə edən Kastro səhhətinə görə 2006-ci ildə bütün vəzifələrindən getmiş və hakimiyyət başına qardaşı Raul Kastro keçmişdi.
© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidDekabrın 5-də Rusiya İslam Komitəsinin sədri Heydər Camal uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib.
Heydər Camal - Sputnik Azərbaycan
22/24
Dekabrın 5-də Rusiya İslam Komitəsinin sədri Heydər Camal uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib.
© Sputnik / Maksim Blinov / Mediabanka keçidDekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində dünyasını dəyişib.
Andrey Karlov - Sputnik Azərbaycan
23/24
Dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində dünyasını dəyişib.
© AP Photo / Francois MoriDekabrın 25-də 53 yaşlı britaniyalı pop ulduzu Corc Maykl həyatdan gedib. Onun ölümünün səbəbi hələlik rəsmən açıqlanmayıb.
Corc Maykl - Sputnik Azərbaycan
24/24
Dekabrın 25-də 53 yaşlı britaniyalı pop ulduzu Corc Maykl həyatdan gedib. Onun ölümünün səbəbi hələlik rəsmən açıqlanmayıb.
Xəbər lenti
0