02:53 24 Yanvar 2017
Canlı yayım
FOTO

"Baku Fashion Nights 2016"nın qış nümayişi

Qısa URL
116 0 0
  • Baku Fashion Nights 2016nın qış nümayişi

© Sputnik / Murad Orujov
"Baku Fashion Nights 2016"nın qış nümayişi

Gecə Fəxriyyə Xələfovanın "Gözəl rənglər" kolleksiyasının təqdimatı ilə başa çatıb

Bakıda "Baku Fashion Nights" dəb layihəsinin nümayişi olub. Sputnik xəbər verir ki, layihə çərçivəsində azərbaycanlı dizaynerlərin "Fashion Bazaar" Yeni il qabağı yarmarkası da keçirilib.

"Baku Fashion Nights" nümayişləri 2014-cü ilin sentyabrından etibarən ildə iki dəfə keçirilir. Bu, azərbaycanlı dizaynerləri birləşdirən ilk böyük layihədir.

Bu il qış nümayişi "Excelsior Hotel & Spa" otelində keçirilib. Layihə çərçivəsində azərbaycanlı dizaynerlərin "Fashion Bazaar" Yeni il qabağı yarmarkası da keçirilib. Yarmarkada qonaqlar özlərinə müxtəlif paltar və aksessuar ala bilərdilər.

Dəb nümayişi dizayner Gülüm Əsədullayevanın "Somnia" kolleksiyası ilə başlayıb. Daha sonra dizaynerlər Yekaterina Ərən və Liana Allahverdiyevanın birgə işi olan "Fashion lab" nümayiş etdirilib.

Geyimlərini by NRGZ brendi adı altında təqdim edən dizayner Nərgiz Muxtarova "Ornamento" kolleksiyasını təqdim edib. Renara Şəmsiyeva isə fraqmentləri cins parçadan tikilmiş geyimlərindən ibarət "Seminolı" kolleksiyasını təqdim edib.

Onu "Masterpiece" kolleksiyası ilə modelyer-dizayner Əminə Cəfərova izləyib. Dizayner Elnarə Mirsəlimova müəllifi olduğu, əl işi olan bəzək əşyalarının və aksessuarların təqdimatını keçirib. Öz növbəsində Oksana Barxatova "Azerbaijan Fashion Week"ə böyük uğur qazandırmış debüt kolleksiyasını təqdim edib.

Gecə Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer-dizayner Fəxriyyə Xələfovanın "Gözəl rənglər" kolleksiyasının təqdimatı ilə başa çatıb. Moda layihəsinin təşkilatçıları FMS Models model agentliyi və Lyubov Qutorova-Poyrazın rəhbərlik etdiyi "Baku Fashion Nights" təşkilatıdır. Layihəyə Excelsior Hotel & Spa oteli dəstək verib.

Əlaqədar

Sabah "Baku Fashion Week"lə bağlı məlumatlar açıqlanacaq
"Baku Fashion Week"in 5-ci sezonu keçiriləcək
Teqlər:
"Fashion Bazaar", "Baku Fashion Nights", modelyer, dəb, moda, gecə, layihə

Əsas mövzular