02:00 21 Yanvar 2017
Canlı yayım
FOTO

Yelkənli qayıqsürmə “Optimist” “Laser”lərlə yarışlar

Qısa URL
46010
  • Azərbaycan Yelkənli qayıq idmanı federasiyasının qış məşqləri

© Sputnik / Murad Orujov
Azərbaycan Yelkənli qayıq idmanı federasiyasının qış məşqləri

Azərbaycanın coğrafi mövqeyi və iqlimi son illər fəal olaraq inkişaf etməkdə olan yelkənli idmanı üçün olduqca əlverişlidir. Gənc idmançılarımız artıq beynəlxalq qayıqsürmə yarışlarında iştirak edərək, yüksək nailiyyətlərə imza atıblar.

Yelkənli idmanı ən maraqlı və zövqlü idman növlərindən biri hesab olunur. Yüksək adrenalin, onları əhatə edən külək və möhtəşəm dənizdən ilham alan idmançılar dəniz və hava ünsürlərinə qarşı sanki mübarizə aparırlar. Burada qələbə və ya məğlubiyyət yalnız idmançının ustalığı və məharətindən asılıdır. Tamaşaçılar isə nəfəslərini tutaraq həyəcanlı rəqatanı və ağ yelkənlərin dənizdə süzərək finişə çatmasını izləyirlər. 

Xəzər dənizinin yaxınlığı, daimi küləklər və Azərbaycanın mülayim iqlimi bu idman növünün ölkəmizdə inkişafı üçün olduqca əlverişli imkanlar yaradır. Azərbaycan Yelkənli İdman Federasiyasının 2000-ci ildə yaradılmasına baxmayaraq, bu idman növündə inkişaf yalnız son zamanlar müşahidə edilməyə başlamışdır. Gənclərdən ibarət komanda yığılmış, beynəlxalq səviyyəli məşqçilər dəvət edilmiş, təlim-məşq bazası yaradılmış və bütün lazımi avadanlıq təmin edilmişdir. Dənizdə məşqlər hər həftə keçirilir, təbii ki, pis hava şəraiti buna mane olmasa. Bundan başqa, gənc idmançılarımız fitnes üzrə fiziki məşqlər keçirir, hovuzda üzmə bacarıqlarını inkişaf etdirir və, təbii ki, öz məşqçilərindən nəzəri biliklər və bu idman növünün sirrlərini öyrənirlər. Yeniyetmələrdən ibarət yığmanın ən azyaşlı idmançısı 6, ən yaşlı idmançısı isə 16 yaşındadır. 

Gənc idmançılarımız iki növ qayıqlarda üzürlər – “Optimist” və “Laser”. İlk baxışdan azca gülməli və sadə görünən “Optimist” qayığı dəniz yelkənli idmanının əsası hesab olunur. Uşaq ikən bu idman növü ilə məşğul olan, demək olar, hər kəs bu yolda ilk addımını məhz bu yaxtalarda atmışlar. Optimist olduqca çevik və idarəsi asandır. Tez sürət yığır və çəkisinin az olduğuna görə, hətta çevrilsə belə, idmançı onu asanlıqla ilkin vəziyyətinə qaytara və üzməyə davam edə bilər. “Laser” isə biryerlik yarış qayığı olub, yüksək yelkənlərə malikdir və Olimpiya qayıq növünə aid edilir. Bu gəmi yüngüllüyü və sürətinə görə çoxdan beynəlxalq səviyyədə tanınır. Dünyanın 120-dən artıq ölkəsində idmançılar öz seçimini məhz bu qayıqdan yana ediblər. Konstruksiyası 1969-cu ildə işlənib-hazırlanmasına baxmayaraq, o hər zaman aktual qalmağa müvəffəq olur. 

Azərbaycanın gənc idmançıları artıq “Easter Regatta” beynəlxalq yelkənli qayıqsürmə yarışmasında iştirak etmiş və adlarını 500 iştirakçı arasında ilk onluğa yazmağa müvəffəq olublar. Bundan başqa, komanda “Optimist” sinfində Avropa birinciliyində iştirak edərək, orada da yüksək göstəricilərə nail olublar. Hal-hazırda gənclərimiz Tailandda keçiriləcək “Phuket Kings Cup Regatta 2017” yarışı üçün fəal hazırlığa başlayıblar. Bu isə, Asiyanın ən iri və məşhur reqatasıdır. Gələcəkdə isə komandamızı 2018-in Dünya Çempionatı və 2020-ci ilin Olimpiya oyunları gözləyir. 

Yelkənli idman sadəcə güc və davamlılığın məşq edilməsi deyil. Qalib gəlmək üçün idmançı ani qərarlar qəbul etməyi və daim dəyişən hava şəraitini və rəqiblərinin addımlarını təhlil etməyi bacarmalıdır. Təbii ki, hər şey dərhal alınmır, amma hər hansı uşaq yelkən altında üzməyi öyrəndiyi andan, onu artıq nə dənizdən, nə dalğalardan, nə də komanda yoldaşlarından ayırmaq mümkün olmayacaqdır. Bu idman növü balacalarımız və yeniyetmələrizdə təbiət və onun qanunlarına qarşı düzgün yanaşma tərbiyə edir və təbii ünsürlərə tab gətirərək idmanla məşğul olmağa davam edən balacalarımız həm fiziki olaraq inkişaf edir, həm də daha cəsur və sağlam olurlar.

Əsas mövzular