11:40 28 Fevral 2017
Canlı yayım
FOTO

Azərbaycanda torpağı qanla suvarılan kənd

Qısa URL
91810
  • Tovuz rayonunun Əlibəyli kəndi
  • Bu kəndi sözün əsl mənasında qəhrəman kənd adlandırmaq olar
  • Bura rayonun düşmənlə təmas xəttinə ən yaxın yaşayış məntəqəsidir
  • Buranın ətrafı üç tərəfdən düşmən postları ilə əhatə olunub
  • Buna baxmayaraq, bu kənd bir qarış torpaq belə, düşmənə güzəştə getməyib
  • Bir nəfər də olsun, Əlibəyli sakini müharibə üzündən, atəş təhlükəsindən çəkinərək evlərini tərk etməyib
  • Son günlər kəndin atəşə tutulması bir az ara versə də, bu səssizliyi kəndin ətrafında partlayan minalar pozur
  • Kəndlilərin min bir əziyyətlə saxladığı mal-qara gözdən yayınan kimi, qaçaraq gur otlu, minalı ərazilərə düşür və tələf olur
  • Kənddə elə ailələr var ki, onların 2-3 iribuynuzlu, 10-a yaxın xırdabuynuzlu heyvanı minalanmış əraziyə düşüb
  • Əlibəylilər ildə bir heyvan artıraraq satıb, digər mal-qaranın qışı üçün quru ot tədarükünə sərf etdiklərini deyirlər
  • Belə vəziyyət isə, onsuz da dolanışıqlarının ağır olduğu kənd sakinlərini çətin vəziyyətə salır
  • Kənd sakini deyir, bilmirik, ermənidən qorxaq, minadan qorxaq, yoxsa acından ölməkdən…
  • Düşmən gülləsinin səsi sussa belə, partlayan minalar səssizliyi pozur
© Sputnik / Ilham Mustafa
Tovuz rayonunun Əlibəyli kəndi

Düşmən gülləsinin səsi sussa belə, partlayan minalar səssizliyi pozur

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 28 okt — Sputnik. Tovuz rayonunun Əlibəyli kəndini, sözün əsl mənasında qəhrəman kənd adlandırmaq olar. Bura rayonun düşmənlə təmas xəttinə ən yaxın yaşayış məntəqəsidir. Əlibəyli elə bir ərazidədir ki, onun ətrafı üç tərəfdən düşmən postları ilə əhatə olunub.

Goranboy rayonunun Zeyvə kəndində qrad atəşi nəticəsində dağılmış tikili
© Sputnik / Ilham Mustafa

Lakin buna baxmayaraq, bu kənd bir qarış torpaq belə, düşmənə güzəştə getməyib. Bir nəfər də olsun, Əlibəyli sakini müharibə üzündən, atəş təhlükəsindən çəkinərək evlərini tərk etməyib. Hətta işsizlik, düşmən əhatəsində əkin əkməyin, mal-qara saxlamağın çətinliyi belə, onları doğma yurddan uzaq sala bilməyib.

Son günlər kəndin atəşə tutulması bir az ara versə də, bu səssizliyi kəndin ətrafında partlayan minalar pozur. Kəndlilərin min bir əziyyətlə saxladığı mal-qara gözdən yayınan kimi, qaçaraq gur otlu, minalı ərazilərə düşür və tələf olur. Hətta kənddə elə ailələr var ki, onların 2-3 iribuynuzlu, 10-a yaxın xırdabuynuzlu heyvanı minalanmış əraziyə düşüb.

Əlibəylilər ildə bir heyvan artıraraq satıb, digər mal-qaranın qışı üçün quru ot tədarükünə sərf etdiklərini deyirlər. Belə vəziyyət isə, onsuz da dolanışıqlarının ağır olduğu kənd sakinlərini çətin vəziyyətə salır.

Sevil Hüseynova düşmənlə təmas xəttinə ən yaxın ərazidə yaşayan sakinlərdəndir. İndiyədək onun üç iribuynuzlu malı düşmənin basırdığı minaların qurbanı olub. Başqa yerdən gəlirinin olmadığını deyən Sevil Hüseynova vaxtının çoxunu qalan iki inəyini otarmaqla keçirir.

Son partlayış zamanı, nəvəsi minalı əraziyə qaçan inəyi qaytarmağa çalışıb və bu zaman, az qala uşaq minaya düşəcəkmiş: "Partlayışın küləyi nəvəmi götürüb bir neçə metr arxaya tulladı. Gedib kredit götürüb bir inək alıram, pulunu verib qurtarmamış minaya düşür. Məcbur gedib bir də götürürük. Bilmirik, ermənidən qorxaq, minadan qorxaq, yoxsa acından ölməkdən…".

Digər kənd sakini Fatma Əliyevanın da bir iribuynuzlu heyvanı son günlərdə minaya düşərək tələf olub. Malın ipdən açılaraq qaçdığını mina partlayanda biliblər.

"Minaya düşən heyvanı bu il artırmışdıq. Onu sataraq qış üçün ot tədarük etmək fikrindəydik", — deyir qadın.

Və bu səbəbdən qış yaxınlaşsa da, ailə hələ qış üçün tədarük görə bilməyib: "Yoldaşım xəstədir, oğlum işləmir, məcbur olub heyvan saxlayırıq, o da gedib minaya düşür".

Əlaqədar

Bütov kənd əhalisinin həyatı təhlükə altındadır
Kəndlərimiz atəşə məruz qalıb
Kənd sakinlərinin səsinə səs verən yoxdur
Bu kənddə sünni-şiə ayrıseçkiliyi ləğv edilib
Mərmi və dolu döyən kəndlərdə mal-qara da psixoloji travma alıb
Aramsız yağış Şəkinin daha bir kəndinə ziyan vurub
Şəkinin kəndlərində itlər əhaliyə hücum edir
İlanlar kəndlilərə sahəyə çıxmağa imkan vermirlər
Teqlər:
qəhrəman, Əlibəyli, mina, kənd, müharibə, Tovuz, atəş