15:03 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
  • “İmamzadə” dini kompleksi
  • Nizami məqbərəsi
  • Gəncənin mərkəzi küçələrindən biri
  • Müasir İncəsənət Mərkəzi
  • Şəhərin tarixi binaları əsaslı şəkildə təmir olunur
  • Gəncədə Bayraq meydanı
  • Nizami Gəncəvi muzeyi
  • Cavadxan küçəsində tarixi bina
  • Nizaminin Xəmsəsinə qoyulmuş heykəl
  • Gəncə şəhərinin girişi
  • Gəncə Cümə məscidi (XVII əsr)
  • Gəncə şəhər İcra Hakimiyyətinin binası
“İmamzadə” dini kompleksi.

Yaxud, Gəncə hansı özünəməxsus cəhətlərinə görə MDB-nin mədəniyyət paytaxtı olmalıdır?

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 17 sen — Sputnik. Gəncə Azərbaycanın ən qədim şəhərlərindəndir. Qədim mədəniyyətin beşiyi olan bu şəhər, Kiçik Qafqaz sıra dağlarının ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncə çayının hər iki sahilində yerləşir.

Gəncə sakini Tağı Tağıyev 17 ildir ki, mərhum həyat yoldaşının məzarını günaşırı ziyarətə gəlir
© Sputnik / İlham Mustafa

Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafında əvəzedilməz rol oynayan bu məkan, Azərbaycan ədəbiyyatı və mədəniyyətinə də böyük töhvələr verərək, ölkənin və Qafqazın mədəbiyyat mərkəzinə çevrilib desək, yanılmarıq. Zaman-zaman zəlzələlər və işğalçılar tərəfindən dağıdılsa da, onun hər dəfəsində özündə güc taparaq daha da gözəlləşməsinə nail olunub.

Gəncə bu günlərdə MDB-nin "mədəniyyət paytaxtı" statusunu almağa layiq görülüb. Burada yaşayan ziyalılar da MDB-nin mədəniyyət paytaxtı olaraq Gəncə şəhərinin seçilməsini doğru atılmış addım kimi qiymətləndirirlər.

Yazıçı-jurnalist İsmayıl Abbas yaşadığı şəhərin MDB-nin mədəniyyət paytaxtı seçilməsinin ən doğru qərar olacağını düşünür: "Azərbaycan MDB dövlətləri arasında xüsusi mövqeyə malik ölkədir. Buna onun iqtisadi imkanları, eyni zamanda tarixi-siyasi əhəmiyyəti imkan verir. Azərbaycanın tarixi əhəmiyyəti onun qədim abidələri və şəhərləri ilə əlaqəlidir ki, belə şəhərlərdən biri də Gəncə şəhəridir. Qədimliyinə baxmayaraq, bu şəhər keçmişlə müasirlik arasında bir körpü rolunu oynayır".

"Təsadüfi deyil ki, Gəncə şəhəri Avropanın gənclər paytaxtı da seçilib. Bu, qədimliklə müasirlik arasında sintezin bariz bir nümunəsidir. O da məlumdur ki Gəncədə keçirilən bütün tədbirlər həmişə öz orijinallığı ilə seçilib. Burada hər bir şəhər sakini tədbirlərə öz töhfəsini verməyi bir vətəndaşlıq borcu bilir. Məhz bu səbəblərlə Gəncənin MDB-nin mədəniyyət paytaxtı seçilməsinin ən doğru qərar olacağını zənn edirəm", — yazıçı deyir.

Gəncə Dövlət Universitetinin müəllimi Elnur Hacıyev də, tarixdə bir çox dövlətlərin paytaxtı və müxtəlif tədbirlərin ev sahibi olmuş Gəncənin bu statusa layiq olduğunu qeyd edir: "Gəncə şəhəri ölkəmizin ən qədim şəhərlərindəndir. Bu qədimliyə bu gün də şəhər və şəhərətrafı ərazilərin hər addımında rast gəlirik. Bura tolerantlıq aspektindən nəzər salsaq, görərik ki, şəhər ərazisində imam övladının dəfn edildiyi İmamzadə ziyarətgahı ilə bərabər, lüteran kilsəsi də mövcuddur. Hər qədim məhəlləsində olan məscidlə yanaşı, alban-xristian məbədləri də var ki, onların hər birinin varlığı bu gün də qorunub saxlanılır. Güman etmirəm ki, bu dəyərləri Gəncə qədər özündə birləşdirən ikinci bir şəhər olar".

Gəncə sakini, gənc alim Raqif Hüseynov şəhərin tarixi-mədəni keçmişinə nəzər salaraq, bu statusa sahib ola bilməsini bir neçə səbəblə əlaqələndirir: "Gəncə şəhəri öz mədəni tarixinin qədimliyi və rəngarəngliyi ilə daim fərqlənib. Hələ IX əsrdən etibarən Gəncə Azərbaycanın həm vilayət, həm də ölkə paytaxtı rolunu oynayıb. Orta əsr Şirvanşahlar dövlətinin Azərbaycanda ilk daimi iqamətgahı Gəncə şəhəri olub. Daha sonra Şəddadilər dövlətinin paytaxtı olub. Biz Gəncənin əsas iqamətgah və paytaxtı olduğu dövlətlərin sırasında Səlcuqlar, Atabəylər və Xarəzmşahlar imperiyalarının da adını çəkə bilərik".

"Bütün bunlar Gəncə üçün təsirsiz ötüşməyib. Gəncə şəhərində XII əsrdə dünya tarixində ilk qadın mütəfəkkir yaşayıb. Məhsəti Gəncəvi öz şeirlərində sənət və peşə insanlarını, incəsənəti tərənnüm və humanist ideyaları təbliğ edirdi. Qadın azadlığının mövcud olduğu, sadə qadınların hələ orta əsrlərdə öz sözünü daha rahat deyə bildiyi bəlkə də dünyada yeganə şəhər Gəncə olub", — alim vurğulayır.

Qeyd edək ki, Şərq-İslam aləmində ən böyük poeziya və fəlsəfə insanları sırasında ilk yerdə dayanan Nizami Gəncəvi də bu şəhərdə doğulub və ömrünün sonuna qədər burada yaşayıb. Həmçinin, Gəncədə XIX əsrdə şöhrəti Avropaya yayılmış Mirzə Şəfi Vazeh yaşayıb ki, onun əsərləri Fridrix Bodenşdet tərəfindən alman dilində çap olunub və iri tirajla satılıb.

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk pytaxtı Gəncə şəhəri olub. Burada 1918-ci ildə müsəlman dünyasında ilk dəfə qadınlara seçki hüququ verilib.

Müasir dövrdə də Gəncə ölkənin ictimai-mədəni həyatında ən fəal şəhərlərdəndir. Öz rəngarəgliyi ilə nəzərə çarpan Gəncə şəhəri 2016-cı il üçün "Avropa Gənclər paytaxtı" seçilib.

Əlaqədar

Tarix yazan kişini tarixdən silirlər
Tarixin canlı səhifələri
Azərbaycanın bu incisi təhlükə altında
Bu evdə 271 şəhid yaşayır
Görənləri heyrətə salan ev - bura Azərbaycandır
Teqlər:
mədəniyyət, Gəncə, tarix, paytaxt, şəhər

Digər fotolentlər

Əsas mövzular