10:32 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
  • Şəkidə 140 yaşlı qədim ev
  • Şəkidə 140 yaşlı qədim ev
  • Şəkidə 140 yaşlı qədim ev
  • Şəkidə 140 yaşlı qədim ev
  • Şəkidə 140 yaşlı qədim ev
  • Şəkidə 140 yaşlı qədim ev
  • Şəkidə 140 yaşlı qədim ev
  • Şəkidə 140 yaşlı qədim ev
  • Şəkidə 140 yaşlı qədim ev
© Sputnik / Shahperi Abbasova
Şəkidə 140 yaşlı qədim ev.

Ev 1876-cı ildə tikilib. İki mərtəbədən ibarətdir. Tikintisində çay daşı və bişmiş kərpicdən istifadə olunub. Onu qızdırmaq üçün, yalnız odun və kömürdən istifadə etmək olar.

BAKI, 22 avq — Sputnik. Şəki Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən biri olub, 2700 il bundan əvvəl Böyük Qafqaz silsiləsinin cənub ətəyində yaranıb. Minilliklər boyunca dəfələrlə boşalmaya məruz qalmış, buna baxmayaraq dövrümüzə qədər gəlib çıxmış şəhər, tarixi və arxitektura abidələri ilə zəngindir.

Şəkinin qədimliyi və relyef müxtəlifliyi şəhərin arxitekturasında özünü göstərir. Küçələrin bir çoxu şimal yüksəkliyinin relyefinə paralel salınıb. Mərkəzi hissənin və əsas küçənin salınmasında isə Gürcənçay və Dəyirmanarxı çaylarının istiqamətləri nəzərə alınıb. Bu, 1862-ci ildə hazırlanmış plana əsasən həyata keçirilib.

Eyni zamanda, bu plana əsasən, Şəki bir neçə kvartal və məhəlləyə bölünüb: Çaqqal dərəsi, Giləli, Dodu, Otaq eşiyi, Bağbanlar, Ağvanlar və s. Bura şəhərin qədim yaşayış məskənləridir. Buradakı tikililərin, ən azı yüzdən çox yaşı var.

Bu gün haqqında danışacağımız ev Ağvanlar küçəsi 35 ünvanında yerləşir. Barəsində danışdığımız evin, nə az, nə çox 140 yaşı var. Bu ev Qaziyevlər ailəsinə məxsusdur.

Müsahibim bu qədim evin xanımı Gülnaz Qaziyevadır. Onun sözlərinə görə, ev 1876-cı ildə tikilib: "İki mərtəbədən ibarətdir. Tikintisində çay daşı və bişmiş kərpicdən istifadə olunub. Qışda bayıra çıxmamaq üçün yuxarı mərtəbə ilə aşağı mərtəbəni birləşdirən pilləkən var idi. Sonra biz o pilləkəni sökdük".

Yuxarı mərtəbədə otaqları isitmək üçün böyük sobalar var. Bu sobalar yananda eyni anda iki otaq isinir. Sobaların qızdırılmasında odun və ya kömürdən istifadə olunur. İçərisi dalğavari hörüldüyü üçün, qazdan istifadə etmək olmaz, çünki boğulma halı yarana bilər.

Alt mərtəbənin döşəməsi yayda sərin olsun deyə bişmiş kərpiclə hörülüb. Bu, həm də evi qışda isti saxlayır. Tikildiyi vaxtdan əsaslı təmir olunmayıb. Sütunlar, döşəmə, tavan — hər şey olduğu kimi qalıb. Buna baxmayaraq öz keyfiyyətini itirməyib.

"Evin həyətində kanalzasiya quyusu var idi. Saxsı boruların içindən su axırdı. Zibili həmin quyuya tökürdük və həmin dəqiqə yox olurdu. Heç kim o kanalizasiya quyularının hara axdığını bilmirdi. Sonrakı şəhərsalmada həmin saxsı borular sındığı üçün quyular torpaqla dolduruldu", — deyir xanım Qazıyeva.

Ev sahibi onu da qeyd etdi ki, həmin evdə Azərbaycanın görkəmli rejissoru Rasim Ocaqov dünyaya gəlib. Uzun illər həmin evdə yaşadıqdan sonra başqa yerə köçüblər: "Rəhmətlik sağ olanda bu evə tez-tez gələrdi. Uşaqlıqda binanın divarlarına kömürlə bacısının və özünün adını yazıb. Amma təəssüf ki, barelyefini başqa yerə qoydular. Halbuki, Ocaqov daha çox burada yaşayıb".

Əlaqədar

Görənləri heyrətə salan ev - bura Azərbaycandır
Azərbaycanın bu incisi təhlükə altında
Stalinin hələ də "yaşadığı" yeganə kənd - bura Azərbaycandır
"Azad gəlmələr"in 138 illik yadigarı
XIX əsrin möcüzəli hamamları
Teqlər:
Böyük Qafqaz silsiləsi, Şəki, Azərbaycan, ev, şəhər

Digər fotolentlər

Əsas mövzular