07:10 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
  • Bakı Avropa Qran Prisi: ikinci gün
  • Bakı Avropa Qran Prisi: ikinci gün
  • Bakı Avropa Qran Prisi: ikinci gün
  • Bakı Avropa Qran Prisi: ikinci gün
  • Bakı Avropa Qran Prisi: ikinci gün
  • Bakı Avropa Qran Prisi: ikinci gün
  • Bakı Avropa Qran Prisi: ikinci gün
  • Bakı Avropa Qran Prisi: ikinci gün
  • Bakı Avropa Qran Prisi: ikinci gün
  • Bakı Avropa Qran Prisi: ikinci gün
  • Bakı Avropa Qran Prisi: ikinci gün
  • Bakı Avropa Qran Prisi: ikinci gün
  • Bakı Avropa Qran Prisi: ikinci gün
  • Bakı Avropa Qran Prisi: ikinci gün
  • Bakı Avropa Qran Prisi: ikinci gün
  • Bakı Avropa Qran Prisi: ikinci gün
  • Bakı Avropa Qran Prisi: ikinci gün
© Sputnik / Murad Orujov
Trekin ən çətin döngələrindən biri Qoşa Qala qapısının yanındadı.

Formula-1 Avropa Qran Prisinin ikinci günü təsnifat yarışları keçirilib. Günün sonunda isə Dənizkənarı parkda dünya şöhrətli müğənni Enrike İqlesiasın konserti baş tutub.

Dünən Avropa Qran Prisində keçirilən 3 yarışdan biri GP2 seriyasından, biri məşq xarakterli, üçüncüsü isə təsnifat məqsədli olub. Hər üç yarış maraqlı, rəqabət ruhunda keçib.

GP2 seriyasından olan yarışın nəticəsinə görə Prema Racing komandasının üzvü Antonio Covinasi qalib gəlib. ART Grand Prix komandasından olan rusiyalı pilot Sergey Sirotkin ikinci, Russian Time komandasından Rafael Marçello isə üçüncü olublar.

Formula-1-in məşq yarışı zamanı 11 komandanın hamısı iştirak edib. Force India komandasının pilotu Serxio Peresin bolidi 14-cü döngədə baryerə çırpılaraq zədə alıb. Pilot özü xəsarət almayıb.

Günün sonunda isə təsnifat yarışı keçirildi. Bu yarışı Mercedes komandasının pilotu Niko Rosberq 1:42,758 nəticə ilə birinci başa vurdu. Force India komandasının pilotu Serxio  Peres iknci oldu. Red Bull Racing komandasından Daniel Rikkardo yarışda üçüncü olub.

Təsnifat yarışı başa çatdıqdan sonra Niko Rosberq, Serxio Peres və Daniel Rikkardo mətbuat konfransı keçiriblər.

Axşam isə Dənizkənarı parkda dünya şöhrətli müğənni Enrike İqlesiasın konserti keçirilib.

Formula-1 Avropa Qran Prisinin qalibi iyunun 19-da müəyyən olunacaq. Yarış 17.00-da başlanacaq.

Teqlər:
Formula 1 Avropa Qran Prisi, Enrike İqlesias, Daniel Rikkardo, Serxio Peres, Niko Rosberq, Azərbaycan, Bakı

Digər fotolentlər

Əsas mövzular