18:53 21 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
  • Gəncədəki Çaynikli ev
© Sputnik / Ilham Mustafa
31 il əvvəl Gəncə şəhərinin kənar qəsəbələrinin birində qeyri-adi bir ev inşa edildi.

Öz fərqliliyi ilə əcnəbiləri heyrətə salan ev, təəssüf ki, təhlükə altındadır. Min bir zəhmətlə inşa edilmiş evdə yaşayan ailənin maddi imkanı onu bərpa etməyə, ən azından bundan artıq dağılmasına yetmir.

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. Düz 31 il əvvəl Gəncə şəhərinin kənar qəsəbələrinin birində qeyri-adi bir ev inşa edildi. Bu evin daxildən görünuşu adi olsa da, kənar görünüşü hər kəsi heyran qoyur. Belə ki, evin hörgülərində çaynik, kasa, gülab qabı, boşqab və ümümilikdə 5 minə yaxın çini qablardan istifadə edilib.

Gəncənin "Yeni Yeravan" qəsəbəsində yerləşən bu evi bir zamanlar çini qablar zavodunda işləyən Əli Əliyev adlı şəxs inşa edib. Evin hörgülərində çayniklərin sayı çox olduğundan, bu qeyri-adi evə yerli sakinlər elə "Çaynikli ev" deyiblər.

Çayniklə yanaşı kasa, gülab qabı, boşqab, güldan, duz qabları və digər çini qablardan istifadə edilərək tikilən bu evin inşası heç də asan olmayıb. Belə ki, qablar xüsusi nizamla düzülərək içlərinə sementlə qum qarışığı əlavə edilib ki, qablar ağırlıqdan sınmasın.

Evdə olarkən məlum oldu ki, 1985-ci ildə inşa edilən bu ev 1993-cu ildə bir nəfərə satılıb, 1999-cu ildə isə evin hazırki sahibi Təranə Ələsgərovanın həyat yoldaşı alıb. Onun oğlu, 21 yaşlı Ceyhun Mərdənov bildirdi ki, atası rəhmətə gedib və hazırda bu evdə anası və bacıları ilə birgə yaşayır.

C. Mərdənovun sözlərinə görə, evin ilk sahibi Əli Əliyev yaxınlıqdakı, hazırda fəaliyyəti göstərməyən çini qablar zavodunda işləyib. Oradan istifadəyə yararsız minlərlə qabı gətirərək bu evi düzəldib. Həyat yoldaşı vəfat etdikdən sonra yenidən ailə quran Ə.Əliyev yeni həyat yoldaşı ilə birgə bu evi tikib.

"Hamısını özü düzəldib. Zavoddakı qırıq, yararsız qabları daşıyıb gətirib bura. Hər kəs deyib ki, bu lazımsız qabları niyə yığır görəsən…? Evi tikməyə başlayanda görüblər ki, həyat yoldaşı bir-bir bu qabları verir, o da sement vuraraq divara hörür", — C. Mərdanov bildirdi.

Onun dediyinə görə, öz ideyası ilə inşa etdiyi evə Əli kişi xüsusi diqqət yetirib: "Həyat yoldaşı günaşırı qabları yuyub, təmizləyirmiş. Heç kim toxunmurmuş evə. Lakin sonralar baxımsızlıqdan çoxu sınıb. Əvvəlki halı daha gözəl idi. O, kişi hər zaman deyib ki, vaxt gələcək, bu ev hər kəsin marağını cəlb edəcək".

Ceyhun deyir ki, atası evi alanda daha yaxşı formada olub. Sonra illər keçdikcə bəzi hörgülər uçmağa başlayıb. Müsahibimiz, nə qədər çalışslar da, evi qorumağa güclərinin çatmadığını qeyd edir. Hazırda evin hasarı uçmaq təhlükəsi ilə üz-üzə qalıb.

Yerli sakinləri, həm də xariciləri öz fərqliliyi ilə cəlb edən, heyrətə salan bu ev, təəssüf ki, təhlükə altındadır. Min bir zəhmətlə inşa edilmiş evdə yaşayan bu ailənin maddi imkanı onu bərpa etməyə, ən azından bundan artıq dağılmasına yetmir.

Bu səbəbdən ev uzun zamandır, təmir edilmir və baxımsız qalıb. Nəticədə evin hasarlarının uçmaq təhlükəsi var. Artıq bu evdə yaşamağa qorxduqlarını bildirən Ceyhun Mərdənov, bunun üçün aidiyyəti qurumlardan da köməklik istədiklərini bildirdi.

Düşünürük ki, gələcək nəsillərin də görməsi gərəkən bu qeyri-adi evin təmiri üçün aidiyyəti qurumlar tərəfindən köməklik ediləcək. Yoxsa həm bir ailənin evi, həm də "Çaynikli ev" adlı bu sənət əsəri yox ola bilər.

Əlaqədar

Bu evdə 271 şəhid yaşayır
Azərbaycanda qəbiristanlıq olmayan şəhər: bunu bilirdiniz?
25 ildir düşmən gülləsindən əziyyət çəkən kənddən reportaj
Qaxda yaşayan pravoslavların Pasxa bayramından video-reportaj
Teqlər:
Əli Əliyev, Ceyhun Mərdənov, "Çaynikli ev", gülab qabı, kasa, çaynik, Gəncə

Digər fotolentlər

  • 1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri AdPrint 2018 sərgisi
    Last update: 19:45 20.09.2018
    19:45 20.09.2018

    Promo, reklam, hədiyyələr, poliqrafiya: Bakıda ilk tematik sərgi

    Bakıda ilk dəfə bir meydançada iki beynəlxalq tematik sərgi - "Reklam və Çap İşləri" və "Hədiyyələr və Promo Məhsulları" sərgiləri keçirilir. Sizə sərginin ilk günündən kadrları təqdim edirik.

    36
    8
  • Bakı metropolitenində Milli Musiqi Günü münasibətilə konsert
    Last update: 21:45 18.09.2018
    21:45 18.09.2018

    Bakı metrosunda canlı musiqi

    Bakı metropoliteninin bu təşəbbüsü sərnişinlər tərəfindən müsbət qarşılanıb

    120
    10
  • Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan parad. Azadlıq meydanı, 15 sentyabr 2018-ci il
    Last update: 20:43 15.09.2018
    20:43 15.09.2018

    "Azadlıq" meydanında hərbi parad keçirilib

    Paradı xüsusi təyinatlı avtomobil texnikaları, zirehli-tank texnikası, Hava Hücumundan Müdafiə silahları sistemlərinin, artilleriya silahları və əməliyyat taktiki raket sistemlərinin kolonları davam etdirib

    182
    33
  • Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbdə bilik günü
    Last update: 11:40 15.09.2018
    11:40 15.09.2018

    Azərbaycanın məktəblərində Bilik Günü

    Bakıdakı 263 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub

    117
    9

Əsas mövzular