14:03 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
  • Göygöl
  • Göygöl
  • Göygöl
  • Göygöl
  • Göygöl
  • Göygöl
  • Göygöl
  • Göygöl
  • Göygöl
© Sputnik / Ilham Mustafa
1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl gölü yaranıb.

Azərbaycanın incisi sayılan Göygöldə yayın gəlişi və turizm mövsümünün yaxınlaşması ilə əlaqədar qızğın işlər gedir. Yaxın günlərdə burada yerləşən iaşə obyektlərinin turistlərin istifadəsinə veriləcəyi gözlənilir.

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. 1139-cu ildə baş vermiş Gəncə zəlzələsi minlərlə insanın həyatına son qoysa da, təbii baxımdan sonrakı nəsillərə əsrarəngiz bir gözəllik mücəssəməsi buraxdı. Kəpəz dağının bir hissəsinin uçaraq Ağsu çayının qarşısını kəsməsi, füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə seçilən məşhur Göygölün yaranmasına səbəb oldu.

Yarandığı gündən şeirlərdə, mahnılarda gözəllik rəmzi kimi adı çəkilən Göygölün, bir müddət ictimaiyyətə girişi qadağan edilsə də, artıq ötən ilin avqustundan başlayaraq turistlərin sərəncamına verilib. Elə ilk günlərdən Azərbaycanın hər yerindən, eləcə də ölkə xaricindən insanlar Göygölün gözəlliyini görməyə, təmiz havasından udaraq istirahət etməyə axışdılar.

Yeni mövsüm turizm sezonunun yaxınlaşması ilə əlaqədar ərazidə olduq. Qoruq ərazisinə girişin qiyməti dəyişməyib — adambaşına 2 manat ödənilir. Həmçinin 1 manat avtomobilin dayanacaq haqqı kimi tələb edilir. Qoruq ərazisinə daxil olduqdan sonra burada gün ərzində istirahət etmək müddətsizdir.

Göygöl ərazisində turistlərin hərəkətinə məhdud marşrut üzrə icazə verilir. Maralgöl və digər göllərə buraxılış yoxdur. Gecəni burda qalmaq isə hələlik mümkün deyil. Mədəniyyət və Turizm Nazirliyinin Göygöl rayon şöbəsinin müdiri Şərqiyyə Hümbətova bunu turizm sezonunun hələ başlamaması ilə əlaqələndirdi.

Şöbə müdiri, həmçinin ərazidə yeni otel və iaşə obyektlərinin inşasına başlanıldığını, turizm sezonun yaxınlaşması ilə əlaqədar yaxın vaxtlarda işlərin tamamlanacağı və turistlərin istifadəsinə veriləcəyini bildirdi. Otellər hələlik işləməsə də, Göygöldə yemək və çay sifariş etmək üçün obyektlər fəaliyyət göstərir.

Beləliklə, bu füsunkar mənzərədən lentə altığımız şəkilləri oxucularla bölüşürük.

Əlaqədar

Gözəlliyi ilə göz oxşayan Göygöl
Göygölü zibilləyənlərin adları "qara siyahı"ya salınacaq
Göygöl vətəndaşların ixtiyarına verildi
Səhrada cənnət: burada insan təbiəti idarə edir
Teqlər:
füsunkar gözəllik, Ağsu çayı, Kəpəz dağı, Gəncə zəlzələsi, Göygöl, turizm

Digər fotolentlər

Əsas mövzular