19:38 22 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
  • Bakı metrosunun yeni xətti
  • Bakı metrosunun yeni xətti
  • Bakı metrosunun yeni xətti
  • Bakı metrosunun yeni xətti
  • Bakı metrosunun yeni xətti
  • Bakı metrosunun yeni xətti
  • Bakı metrosunun yeni xətti
  • Bakı metrosunun yeni xətti
  • Bakı metrosunun yeni xətti
  • Bakı metrosunun yeni xətti
  • Bakı metrosunun yeni xətti
  • Bakı metrosunun yeni xətti
  • Bakı metrosunun yeni xətti
  • Bakı metrosunun yeni xətti
  • Bakı metrosunun yeni xətti
  • Bakı metrosunun yeni xətti
© Sputnik / Murad Orujov
Bakı metrosunun yeni xətti

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 19-da Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının açılışında iştirak edib.

Tikintisinə 2009-cu ilin sentyabrında başlanılan stansiyanın layihə işləri “Bakımetrolayihə” İnstitutu tərəfindən yerinə yetirilib. Layihəyə əsasən, “Avtovağzal” stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır.

Yeni xətdə yaradılan həm “Avtovağzal”, həm də “Memar Əcəmi” stansiyalarının platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün burada lift quraşdırılıb.

Biləcəri qəsəbəsində yaşayan sakinlərin rahatlığını təmin etmək üçün Bakı-Sumqayıt avtomobil yolunun altından keçid inşa edilib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə isə iki keçid quraşdırılıb. Digər beş çıxış isə “Avtovağzal” stansiyası kompleksinin ərazisində yerləşir.

Digər fotolentlər

Əsas mövzular