01:03 22 Oktyabr 2017
Canlı yayım
FOTO

İsveçrə mətbəxinə dair master-klass

Qısa URL
156 0 0
  • Azərbaycanda İsveçrə mətbəxinə dair master-klass

© Sputnik / Murad Orujov
"Azərbaycanda İsveçrə mətbəxi"nə dair master-klass

Frankofoniya həftəsi çərçivəsində keçirilən tədbirdə Kulinariya Akademiyasının, ixtisaslaşmış kolleclərin şagirdləri və gənc aşbazlar iştirak ediblər

Frankofoniya həftəsi çərçivəsində Paytaxtdakı Boulevard Hotel Baku-da İsveçrə, Azərbaycan və Fransadan olan aşbazlar nəfis və adi xörəklərin hazırlanması ilə bağlı "Azərbaycanda İsveçrə mətbəxi"nə dair master-klass keçiblər. Sputnik xəbər verir ki, tədbiri İsveçrə səfirliyi Azərbaycan Milli Kulinariya Assosiasiyasının iştikarı ilə təşkil edib.

Master-klassda Kulinariya Akademiyasının, ixtisaslaşmış kolleclərin şagirdləri və gənc aşbazlar iştirak ediblər. Burada İsveçrə, Azərbaycan və Fransa mətbəxinə aid xörəklərin hazırlanma texnikası praktiki olaraq göstərilib.

İsveçrədən olan baş aşbaz Paskal Ober bir neçə ənənəvi İsveçrə yeməyi, o cümlədən də, şokoladlı desert hazırlayıb. Azərbaycanlı baş aşbaz Orxan Muxtarov, toyuq ləvəngisinin və gürzənin hazırlanma qaydasını göstərib. O, bunların hazırlanma texnikasını bir qədər dəyişərək ora İsveçrə çalarlarını əlavə edib. Fransız baş aşbaz Tibo Bera göbələkdən qozlu salatın hazırlanmasını nümayiş etdirib.

Master-klassdan sonra aşbazlar iştirakçıların suallarını cavablandırıblar və bəzi reseptləri dəqiqləşdiriblər. Onların hazırladıqları yeməklərin dequstasiyası keçirilib.

Əlaqədar

Milli mətbəx: dovğa
Milli mətbəx: bozbaş
Ermənilər türk, gürcü, rus mətbəxini də özəlləşdirirlər
Azərbaycan Mətbəxi və yaranma tarixi
Braziliya parlamentində Azərbaycan mətbəxi günü
Teqlər:
İsveçrə mətbəxi, yemək, xörək, mətbəx, Boulevard Hotel Baku, Fransa, Azərbaycan

Digər fotolentlər

Əsas mövzular