20:20 03 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
  • Təmtəraqlı sərdabə
  • Bəzən də cəmiyyətin qınağından qorxaraq valideynlərimizə və ya yaxınlarımıza bu cür qəbirlər düzəldirik
  • İslam alımlərinin fikrincə, belə təmtəraqlı sərdabələrə çəkilən xərci xeyriyyə işlərinə yönəltmək daha doğru və savab əməl olardı
  • Bu tip təmtəraqlı qəbirlər bir növ dəbə çevrilib və böyük məbləğdə xərc tələb edir
  • Hacı İlham: Anlamaq lazımdır ki, İslam dininə görə müsəlmanın qəbri itməlidir
  • Yerli din xadimləri bildirirlər ki, dəfn mərasimləri hazırda İslam adətlərinə uyğun həyata keçirilir
  • Sərdabənin İslam dininə daxil olması vəfat edən şəxsin meyitini müvəqqəti saxlamaq məqsədi daşıyıb
  • Dünyasını dəyişənin yaxınları dəfn üçün müraciət edərkən, onlardan cənazənin sərdabədə, yoxsa İslam qaydası ilə dəfn olunacağı soruşulur
© Sputnik / İlham Mustafa
Bu cür təmtəraqlı sərdabələrə əvvəllər yalnız xarici ölkələrdə rast gəlmək olurdu.

Ölkənin ikinci böyük şəhəri olan Gəncədə və şəhərətrafı bir sıra qəbirsanlıqlarda ilginc mənzərə hökm sürür. Belə ki, həmin qəbiristanlıqlarda təmtəraqlı qəbirüstü abidələr — sərdabələr mövcuddur.

İslamla əlaqəsi olmayan və tarixi daha qədimlərə gedib çıxan sərdabələrdə cənazə yeraltı otaqlara qoyulur və beləcə çürüməyə buraxılır. Otağın kiçik qapısı isə sal daşla, yaxud da hörülərək bağlanır.

Bəzən sərdabəyə bir neçə meyit yerləşdirilir. Onlar əsasən ailə üzvləri və ya yaxın qohumların cənazələri olur. Bəzi məlumatlara görə isə, sərdabədə sandıq formasında yer düzəldilir. Daha əvvəl ölən şəxsin sümükləri yığılaraq sandığa qoyulur. Beləliklə sərdabədə əlavə boş yer yaradılır.

Bir ailədən az zaman fərqi ilə dünyasını dəyişən olarkən sərdabənin qapısı yenidən açılmalı olur. 

Digər fotolentlər

Əsas mövzular