FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Sırğa olsun" Konseptual İncəsənət Sərgisi keçirilib

Abunə olmaq
29-31 yanvar 2016-ci il tarixlərində Müasir İncəsənət Mərkəzinin sərgi salonunda "Sırğa olsun" konseptual incəsənət sərgisi keçirilib.

29-31 yanvar 2016-ci il tarixlərində Müasir İncəsənət Mərkəzinin sərgi salonunda "Sırğa olsun" konseptual incəsənət sərgisi keçirilib. Layihənin məqsədi konseptual incəsənətlə məşğul olan rəssamlara dəstək olmaq, müasir incəsənət sahəsinə töhfə vermək, istedadlı və yaradıcı gənclər arasında şəbəkələşməni qurmaq və gələcək inkişafına zəmin yaratmaq, müxtəlif texnika və üsullarda işləyən rəssamları bir araya gətirmək, bütöv bir ekspozisiyada birləşdirməkdir. 

Azərbaycanda müasir istiqamətdə fəaliyyət göstərən rəssamlara böyüklərimizdən eşitdikləri "qulağında sırğa olsun" misalını rəhbər tutaraq, onların bu anlayışa necə yanaşdıqları və öz əsərlərində hansı formada gördükləri, onu hansı obraza çevirəcəkləri mövzusu təklif edilib. Sırğa — hazırda qadınların qulaqlarına taxdıqları qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək əşyasıdır. Əski zamanlarda sırğa bizim indi bildiyimiz kimi bəzək olsun, daha gözəl görünsün, başqalarından fərqlənsin deyə taxılmırdı. Sırğa "bildiriş nişanı", "yaddaş", "hər an xatırlatma işarəsi", "unutmamaq", "daim yadda saxlamaq" qarantı olaraq taxılırdı.

Sərgidə bu konsepsiyaya uyğun olaraq gənc rəssamların müxtəlif təsviri sənət növləri — rəngkarlıq, qrafika, heykəltəraşlıq və s. üzrə yaratdıqları əsərlər nümayiş etdirilib. Burada gənc rəssamlardan Vüsalə Ağarazıyeva, Novruz Məmmədov, Zamin Rzayev, Orxan Qarayev, Gülnarə Kuzukova, Günel Ravilova və başqaları iştirak ediblər.

Sərgi bayram əhval-ruhiyyəsində keçirilib. Qonaqları rəssamlar və layihənin rəhbəri Məhbarə Abbasova qarşılayıb.

Rəssamlar yaratdıqları əsərlərdə dövrümüzün aktual mövzularına toxunublar. Sərgiyə gələn seyrçilərə kollajlar, art-videolar, abstrakt rəsmlər və s. təqdim olunub. Ekspozisiyada bədii sənət nümunələrindən ibarət 40 əsər nümayiş etdirilib.

Sərgi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

© Sputnik / Murad OrujovSərgidə rəssamlar günümüzün aktual mövzularına toxuna bilmişdilər.
Konseptual Sərgi Sırğa olsun - Sputnik Azərbaycan
1/12
Sərgidə rəssamlar günümüzün aktual mövzularına toxuna bilmişdilər.
© Sputnik / Murad OrujovRəssam Orxan Qarayevin əl işi – "İnanclar".
Konseptual Sərgi Sırğa olsun - Sputnik Azərbaycan
2/12
Rəssam Orxan Qarayevin əl işi – "İnanclar".
© Sputnik / Murad OrujovQonaqlar sərgidəki əl işlərindən birini müzakirə edirlər.
Konseptual Sərgi Sırğa olsun - Sputnik Azərbaycan
3/12
Qonaqlar sərgidəki əl işlərindən birini müzakirə edirlər.
© Sputnik / Murad OrujovRəssam Zamin Rzayevin əl işi - "Qışqırıq".
Konseptual Sərgi Sırğa olsun - Sputnik Azərbaycan
4/12
Rəssam Zamin Rzayevin əl işi - "Qışqırıq".
© Sputnik / Murad OrujovRəssam Zərnişan Yusifin "Qobustan" əsəri bizə tarixi köklərimizi xatırladır.
Konseptual Sərgi Sırğa olsun - Sputnik Azərbaycan
5/12
Rəssam Zərnişan Yusifin "Qobustan" əsəri bizə tarixi köklərimizi xatırladır.
© Sputnik / Murad OrujovSərginin mərkəzi instalyasiyası - "İki qarpız". Müəllif: Məmməd Rəşidov.
Konseptual Sərgi Sırğa olsun - Sputnik Azərbaycan
6/12
Sərginin mərkəzi instalyasiyası - "İki qarpız". Müəllif: Məmməd Rəşidov.
© Sputnik / Murad OrujovGünel Ravilova öz əl işi ilə göstərir ki, susmaq qızıl olduğu kimi, lazımsız məlumata qulaq vermək də faydasızdır.
Konseptual Sərgi Sırğa olsun - Sputnik Azərbaycan
7/12
Günel Ravilova öz əl işi ilə göstərir ki, susmaq qızıl olduğu kimi, lazımsız məlumata qulaq vermək də faydasızdır.
© Sputnik / Murad OrujovRəssamlar nadir Eminov və Elvin Nəbizadənin "Sənə həsr edilən zamana heyf" adlı instalyasiyası.
Konseptual Sərgi Sırğa olsun - Sputnik Azərbaycan
8/12
Rəssamlar nadir Eminov və Elvin Nəbizadənin "Sənə həsr edilən zamana heyf" adlı instalyasiyası.
© Sputnik / Murad OrujovYetişən nəsil müasir incəsənətə maraq göstərir.
Konseptual Sərgi Sırğa olsun - Sputnik Azərbaycan
9/12
Yetişən nəsil müasir incəsənətə maraq göstərir.
© Sputnik / Murad OrujovRəssam Gülnarə Kuzukovanın "Cəmiyyətin əks-sədası" adlı əsəri tamaşaçıya qadağalar içərisində yaçayan qadın obrazını çatdırır.
Konseptual Sərgi Sırğa olsun - Sputnik Azərbaycan
10/12
Rəssam Gülnarə Kuzukovanın "Cəmiyyətin əks-sədası" adlı əsəri tamaşaçıya qadağalar içərisində yaçayan qadın obrazını çatdırır.
© Sputnik / Murad OrujovKonseptualçı-rəssamlar qonaqlara 40-a yaxın əsər təqdim etdilər.
Konseptual Sərgi Sırğa olsun - Sputnik Azərbaycan
11/12
Konseptualçı-rəssamlar qonaqlara 40-a yaxın əsər təqdim etdilər.
© Sputnik / Murad OrujovSərginin təşkilatçısı Mehparə Abbasova əsl yaradıcı mühit yaratmağa nail ola bilmişdi.
Konseptual Sərgi Sırğa olsun - Sputnik Azərbaycan
12/12
Sərginin təşkilatçısı Mehparə Abbasova əsl yaradıcı mühit yaratmağa nail ola bilmişdi.
Xəbər lenti
0