11:38 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
  • Qarlı havada avtobusların da hərəkəti çətinləşib
  • Qarla örtülmüş avtomobillər
  • Küçələrdə maşınlara az-az rast gəlinir
  • Bakıda qarla örtülmüş həyət
  • Qarla örtülü maşınlar
  • Bakıda qarla örtülü park
  • Buz bağlamış yollar
  • Bakıda qar
  • Mətbuat prospekti
© Sputnik / Murad Orujov
Hava şəraitinin kəskin dəyişməsi ictimai nəqliyyatın işində də çətinliklər yaradıb.

Bakının bir sıra kənd və qəsəbələrinə marşrutların intensiv işləməməsi səbəbindən, əhali səhər iş yerlərinə vaxtında çata bilməyib.

Bakıda qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, paytaxtda havanın temperaturu gecə —3°C, gündüz isə 0°C — + 2°C dərəcədir.

Buna baxmayaraq, şəhərdə infrastruktur iflic vəziyyətə düşüb. Su və kanalizasiya xəttləri donub, istilik sistemləri lazım olan istiliyi ötürmək qabiliyyətinə malik deyil, yollarda qarın təmizlənməməsi, əriyən qarın əmələ gətirdiyi suların axması üçün müvafiq ötürücü sistemin olmaması səbəbindən avtomobillərin hərəkətində çətinlik yaranıb, şəhərin və şəhərətrafı kəndlərin bir sıra istiqamətlərində işıqlar sönüb, telefon xəttləri sıradan çıxıb. Bakının bir sıra kənd və qəsəbələrinə marşrutların intensiv işləməməsi səbəbindən, əhali səhər iş yerlərinə vaxtında çata bilməyib.

Maraqlıdır ki, qış aylarında temperaturun Azərbaycandan dəfələrlə yüksək olduğu ölkələrdə analoji problemlər yaşanmır. Misal üçün, Rusiyanın paytaxtı Moskvada və digər şəhərlərdə temperatur —20°C —40°C arasında dəyişsə də, orada infrastrukturun iflic olması hallarına rast gəlinmir. Havaya uyğun olaraq istilik sistemlərində temperatur artırılır. Moskva, Sankt-Peterburq, Nijniy Novqorod, Rostov-na-Donu, Samara və d. şəhərlərdə yaşayan həmkarlarımızın verdikləri məlumata görə, havanın temperaturu mənfiyə doğru artdıqca, evlərdə və ofislərdə qızdırıcıların temperaturu da artır. Su xəttlərində isə problem yaranmır, isti və soyuq su daimi olaraq gəlir. Yollarda maşınların və marşrutların hərəkətində heç bir çətinlik ortaya çıxmır.

Sputnik bu gün Bakıda qarın yağması ilə bağlı vəziyyəti əks etdirən fotosessiyanı təqdim edir.

Teqlər:
infrastruktur, Samara, Niyniy Novqorod, Rostov-na-Donu, temperatur, qar, Bakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Moskva, Sankt-Peterburq, Rusiya, havanın temperaturu, Azərbaycan

Digər fotolentlər

Əsas mövzular