11:22 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
  • Vəziyyətdən narazı sahibkarlar
  • Ticarət mərkəzinin əsas girişi
  • Əksər dükanlar fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısında qalıb
  • Binə ticarət mərkəzində sahibkarlar yerpulunun baha olmasından şikayətçidirlər
  • Orta və xırda sahibkarlar da mövcud vəziyyətdən təngə gəldiklərini deyirlər
  • Xalı dükanı
  • Boş qalmış xalça evi
  • Sahibkarlar ticarət mərkəzində dinc aksiya keçiriblər
© Sputnik / Murad Orucov
Sahibkar: "Rüsumlara ödədiyimiz pulları çıxarmaq üçün qiymət artımına məcbur qalırıq ki, bu da qeyri mümkündür".

"Binə" Ticarət Mərkəzində çalışan sahibkarlar rüsum və yer haqqının çoxluğundan şikayət edirlər: "Siyasi heç nə istəmirik, heç kimdən pul da istəmirik. Sadəcə yaşamaq istəyirik, nəfəs almaq istəyirik"

"Bizim aksiyamız dövlətə qarşı deyil, balalarımızın evdə ac qalmaması üçündür. Siyasi heç nə istəmirik, heç kimdən pul da istəmirik. Sadəcə yaşamaq istəyirik, nəfəs almaq istəyirik". 

Bu sözləri bu gün Sputnik-in əməkdaşı ilə söhbətində "Binə" Ticarət Mərkəzində dinc aksiya keçirən sahibkarlardan biri — Etibar Əhmədov deyib. Gətirdikləri hər mala görə gömrükdə onlardan 36% haqq tələb edildiyini deyən sahibkarlar, belə dərəbəyliyin heç Afrikada da olmadığını bildiriblər.

"Bu cür qeyri-insani rəftar dünyanın heç bir ölkəsində yoxdur. Təsəvvür edin, 10 min manatlıq mal gətirəndə, gömrükdə elə yerindəcə 3600 manat haqq ödəməliyik. Yer pulu, bazar pulu və vergini də buna əlavə edəndə hər on minlik mala görə 7 min manat rüsum ödəyirik", —deyə E. Əhmədov bildirdi.

Onun sözlərinə görə, sonda da rüsumlara ödədikləri pulları çıxarmaq üçün qiymət artımına məcbur qalırlar: "Bu da qeyri-mümkündür. Çünki insanlar avam deyil ki, 5 manatlıq parçaya 35 manat versinlər. Bir sözlə, bizə dolanmağa imkan verilmir".

Digər orta və xırda sahibkarlar da, mövcud vəziyyətdən təngə gəldiklərini söyləyiblər. Nail Turabov də onlardan biridir. O, obyekt özünün olmasına baxmayaraq, hər ay üçün 1000 manat yer pulu ödədiyini, bundan əlavə, bazar pulu, vergi və digər rüsumlar ödəməyə məcbur edildiyini qeyd edib.

"Binə" Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın bu gün səhər — aksiya keçirilən zaman hadisə yerinə gəldiyini bildirən sahibkar, yer pulu barədə heç bir kəlimə də edilmədiyini söylədi: "Ya yer pulunu azaldıb, 500 manat eləsinlər, ya da gömrük rüsumunu yarıya endirsinlər. Yoxsa burda vəziyyət daha da pisləşəcək".

Hazırda "Binə"də obyektlərin böyük əksəriyyəti bağlıdır. Sahibkarlar bu cür dinc aksiya keçirməklə haqqlarını tələb edirlər. Lakin Ticarət Mərkəzinin rəhbərliyi yer pulu ilə bağlı geri addım atılmayacağını bildirib. Məhz bu açıqlamadan sonra bəzi xırda sahibkarlar evlərinə çörəkpulu apara bilmək üçün geri qayıdaraq obyektlərini açıblar.

Əlaqədar

“Binə” ticarət mərkəzi icarəyə verilir
"Sədərək" ticarət mərkəzində yanğın olub
Bölgələrdə keçirilən etiraz aksiyaları ilə bağlı rəsmi məlumat yayılıb
Bölgələrdə qiymət artımına qarşı etiraz aksiyaları keçirilib
Teqlər:
ticarət mərkəzi, Binə, gömrük, sahibkar, rüsum, vergi, aksiya

Digər fotolentlər

Əsas mövzular