10:24 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
  • В бакинском национальном приморском парке горожане поминают нефтяников, погибших в результате аварии
  • Gün ərzində adamlar dənizə gül buraxır
  • Günəşli yatağındakı dəhşətli yanğından 40 gün keçdi
  • Ziyarətçilər faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edirlər
  • Paytaxt sakinləri faciə qurbanlarını anmaq üçün Dənizkənarı Milli Parka gəlirlər
  • Faciə qurbanlarının axtarışı bu günə qədər davam etdirilir
  • 11 neftçinin cəsədi tapılıb, 19 nəfər isə itkin düşmüş sayılır.
  • Qəza nəticəsində platformanın 33 işçisinin həyatı xilas edilib
  • Günəşli yatağındakı sualtı qaz xəttinin dayaq borusunun qırılması şiddətli yanğına səbəb olub
  • Ötən ilin 4 dekabrında dənizdə baş vermiş güclü fırtına Günəşli yatağında şiddətli yanğına səbəb olub
  • Dəhşətli faciədən 40 gün ötür
© Sputnik / Мурад Оруджев
В бакинском национальном приморском парке горожане поминают нефтяников, погибших в результате аварии

Dənizkənarı Milli Parkda keçirilən neftçilərin anım mərasiminə toplaşan şəxslər bulvarın sahilinə qərənfillər düzürlər, bütün gün ərzində adamlar dənizə gül buraxır və faciə qurbanlarını sükutla yad edirlər

BAKI, 13 yan — Sputnik.Bu gün Bakının Dənizkənarı Milli Parkında şəhər sakinləri "Günəşli" yatağının 10 saylı platformasında baş verən qəza nəticəsində həlak olan və itkin düşən neftçiləri yad edirlər. Sputnik xəbər verir ki, bu gün həmin dəhşətli faciədən 40 gün keçir.

Neftçilərin anım mərasiminə toplaşan şəxslər Bakı bulvarının sahilinə qərənfillər düzüblər. Onların arasında ölənlərin qohumları, ayrı-ayrı təşkilatların nümayəndələri, bu faciədən mütəəssir olmuş sadə vətəndaşlar da var. Bu gün bütün gün ərzində adamlar dənizə gül buraxır və faciə qurbanlarını sükutla yad edirlər.

Xatırladaq ki, ötən ilin 4 dekabrında dənizdə baş vermiş güclü fırtına nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunun qırılması şiddətli yanğına səbəb olub. Qəza nəticəsində platformanın 33 işçisinin həyatı xilas edilib. 11 neftçinin cəsədi tapılıb, 19 nəfər isə itkin düşmüş sayılır. İtkin düşənlərin axtarışı bu günə qədər davam etdirilir.

Əlaqədar

“Günəşli”dəki qəzada itkin düşənlərdən daha birinin cəsədi tapılıb
“Günəşli” yatağında yanğın hələ söndürülməyib
"Günəşli" yatağındakı qəzada xəsarət alan 5 neftçi evə buraxılıb
"Günəşli" yatağındakı bir quyuda yanğın tam söndürülüb
"Günəşli" qəzasının qurbanlarının ailələrinə 15 min manat veriləcək
Teqlər:
xatirə, neftçi, günəşli, faciə, aksiya

Digər fotolentlər

  • Mavriki sahillərində suyun neftdən təmizlənməsi
    Last update: 21:26 10.08.2020
    21:26 10.08.2020

    Ekoloji fəlakət: neftin dağılması mərcan riflərini təhdid edir

    Yaponiya şirkətinə məxsus, 3800 ton xam neft və 200 ton dizel yanacağı nəql edən gəmi beynəlxalq ictimaiyyət tərəfindən müdafiə olunan sularda qəzaya uğrayıb. Nəticədə Mavriki sahilləri ekoloji fəlakətlə üzləşib.

    9
    11
  • İstanbul, Menekşedə istirahət edənlər, Türkiyə
    Last update: 20:20 08.08.2020
    20:20 08.08.2020

    Həftənin fotoları: güclü partlayış, maskalardan bikini və nəhəng Ay

    Sputnik Azərbaycan dünya agentliklərinin müxbirlərinin çəkdikləri ən parlaq və emosional fotoları oxucularının diqqətinə çatdırır

    38
    24
  • Bakıda karantin rejiminin yumşaldılmasından sonra Buzovna çimərliyi
    Last update: 19:32 06.08.2020
    19:32 06.08.2020

    Salam, dəniz! Biz gəldik...

    Nazirlər Kabineti yanında Operativ Qərargah çimərliklərlə bağlı qadağanı müəyyən qaydalara riayət etmək şərtilə aradan qaldırıb. Bu hadisə dəniz istirahəti həvəskarlarının sevincinə səbəb olub və paytaxt əhalisi Abşeron çimərliklərinə axışıb.

    65
    22
  • Beyrutdakı partlayışda
    Last update: 11:46 05.08.2020
    11:46 05.08.2020

    Xirosima və Naqasaki kimi: Beyrutdakı dəhşətli partlayışın nəticələri

    Çərşənbə axşamı Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Şəhərin liman anbarlarında baş vermiş partlayış ağır dağıntılara, yüzlərlə insanın həlak olmasına və yaralanmasına səbəb olub. Hadisənin nəticələrini Sputnik Azərbaycan-ın fotolentində izləyin.

    80
    20

Əsas mövzular