19:35 22 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
  • İçərişəhər. Şirvanşahlar kompleksi
  • İçərişəhər. Məscid
  • İçərişəhərin küçəsi
  • İçərişəhərin küçəsi
  • İçərişəhərdə 3D qraffiti
  • İşərişəhər. Bazar meydanı
  • İşərişəhər. Arxeoloji tapıntı
  • İşərişəhər. Arxeoloji muzey
  • İşərişəhər. Qala divarları
  • İşərişəhər. Rəssam emalatxanası
  • Qız qalası
© Sputnik / Murad Orujov
Şirvanşahlar saray kompleksində minarə.

“İçərişəhər” kimi tanınan tarixi kvartal Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub.

Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilib ki, artıq VIII-IX əsrlər ərazisində İçərişəhər ərazisi sıx məskunlaşıb, burada sənətkarlıq və ticarət inkişaf edib. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında “kristallaşma” dövrü başlayıb. 1748-1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olub. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlayıb, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşıblar.

İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşahlar saray kompleksi Azərbaycan memarlığının inciləri hesab edirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.

1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahısına daxil edilib. İçərişəhər Azərbaycandan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.

Digər fotolentlər

Əsas mövzular