07:32 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
  • Закир Гасанов
  • Zakir Həsənov cəbhə bölgəsində
  • Zakir Həsənov cəbhə bölgəsində
  • Zakir Həsənov cəbhə bölgəsində şəxsi heyətin yeməkləri ilə maraqlanır
  • Zakir Həsənov cəbhə bölgəsində şəxsi heyətin yeməkləri ilə maraqlanır
  • Zakir Həsənov cəbhə bölgəsində
  • Zakir Həsənov cəbhə bölgəsində
  • Zakir Həsənov cəbhə bölgəsində
  • Zakir Həsənov cəbhə bölgəsində
  • Zakir Həsənov cəbhə bölgəsində
  • Zakir Həsənov cəbhə bölgəsində
  • Zakir Həsənov cəbhə bölgəsində
  • Zakir Həsənov cəbhə bölgəsində
mod.gov.az
Закир Гасанов

Zakir Həsənov düşmənlə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olaraq döyüş hazırlığını yoxlayır.

Sputnik-in Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, düşmənlə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə müdafiə naziri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb. 

General-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi, o cümlədən müharibə zamanı bölmələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə əlaqədar komandir və rəis heyətinə müvafiq tapşırıqlar verib.

Müdafiə naziri cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, postlar və mövqelərdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb. 

Teqlər:
hərbi hissələr, hərbi hissə, cəbhəboyu rayonlar, cəbhə bölgəsi, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Zakir Həsənov, Azərbaycan

Digər fotolentlər

  • Suqovuşanda son vəziyyət
    Last update: 20:56 30.11.2020
    20:56 30.11.2020

    Suqovuşana həyat qayıdır - FOTO

    Əks-hücum əməliyyatı nəticəsində oktyabrın 3-də azad olunan Suqovuşana artıq yol çəkilir. Bunun üçün ərazi minalardan təmizlənir. Kənddən son kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin

    41
    11
  • Füzulidə Araz qəzetinin redaksiyasının dağıdılmış binası üstündə Azərbaycan bayrağı.
    Last update: 14:43 29.11.2020
    14:43 29.11.2020

    Dağıdılsa da doğmadır, qəbulumuzdur: azad olunmuş Füzulidən yeni kadrlar - FOTO

    Müzəffər Azərbaycan Ordusu Füzulini çoxillik erməni işğalından azad edib. Şəhərdə, demək olar ki, salamat bina qalmayıb

    47
    15
  • Ağdam şəhərinin dağıdılmış hissəsinə quş uçuşundan mənzərə
    Last update: 12:13 29.11.2020
    12:13 29.11.2020

    Qafqazın Xirosiması: Ağdamın quş uçuşundan görünüşü - FOTO

    Azərbaycanın bir zamanlar çiçəklənən şəhəri olan Ağdam 27 illik işğaldan sonra ruhlar şəhərinə bənzəyir. Sizə dağıdılmış, ot-ələf bürümüş Ağdamın quş uçuşundan görüntülərini təqdim edirik.

    52
    15
  • Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.
    Last update: 14:23 28.11.2020
    14:23 28.11.2020

    Hadrutda aşkarlanan ikona Bakıya gətirildi - FOTOLAR

    Rus Pravoslav Baş Kafedral Kilsəsində ("Jen Mironosits" pravoslav kafedral kilsəsi) Hadrutdan tapılan ikonanın təntənəli şəkildə Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilməsi mərasimi keçirilib. Daha ətraflı - Sputnik Azərbaycan-ın fotolentində.

    34
    13

Əsas mövzular