10:22 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
  • Mirzə Fətəli Axundovun ev-muzeyi
  • Mirzə Fətəli Axundovun ev-muzeyi
  • Mirzə Fətəli Axundovun ev-muzeyi
  • Mirzə Fətəli Axundovun ev-muzeyi
  • Mirzə Fətəli Axundovun ev-muzeyi
  • Mirzə Fətəli Axundovun ev-muzeyi
  • Mirzə Fətəli Axundovun ev-muzeyi
  • Mirzə Fətəli Axundovun ev-muzeyi
  • Mirzə Fətəli Axundovun ev-muzeyi
  • Mirzə Fətəli Axundovun ev-muzeyi
  • Mirzə Fətəli Axundovun ev-muzeyi
  • Mirzə Fətəli Axundovun ev-muzeyi
  • Mirzə Fətəli Axundovun ev-muzeyi
  • Mirzə Fətəli Axundovun ev-muzeyi
Sputnik. Светлана Халапова
Tiflisdə yerləşən Mirzə Fətəli Axundovun ev-muzeyi

2007-ci ildə Gürcüstan Prezidentinin sərəncamına əsasən, ev-muzeyə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib.

Ömrünün əsas hissəsini Gürcüstanda keçirən Mirzə Fətəli Axundovun Tiflis şəhərindəki evində xatirə muzeyi 1982-ci ildən fəaliyyət göstərir. 

2007-ci ildə Gürcüstan Prezidentinin sərəncamına əsasən, ev-muzeyə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib.

2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. 2013-cü il may ayının 8-də keçirilmiş rəsmi açılış mərasimində Gürcüstanın Baş naziri, Baş nazirin birinci müavini, həmçinin nazirlər iştirak ediblər.

Hazırda muzeyin nəzdində Gürcüstan azərbaycanlılarının Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Muzeyin ekspozisiya hissəsi altı zaldan ibarətdir. Zallarda Axundovun həyatına aid müxtəlif əşyalar və xatirələri əks etdirən fotolar var. Muzeyin altı zalından biri qədim və zəngin Azərbaycan mədəniyyətinə, ikincisi Azərbaycan və Gürcüstan dostluğuna həsr olunub.

Otaqlardan biri M.F.Axundovun iş otağı kimi qorunub-saxlanılır. Orada onun şəxsi əşyaları, о cümlədən yazı masası, kitab dolabı, divar saatı və çıraq var. Həmin otaqda M.F.Axundovun müxtəlif dillərdə nəşr edilmiş əsərlərinin üz qabıqlarının surətləri nümayiş etdirilir. Muzeydə Tbilisi şəhərində yeganə olan azərbaycandilli kitabxana fəaliyyət göstərir. 

Teqlər:
Axundovun ev müzeyi, Axundovun ev-müzeyi, Mirzə Fətəli Axundovun ev-müzeyi

Digər fotolentlər

Əsas mövzular