21:26 21 Yanvar 2017
Canlı yayım
FOTO

Azərbaycandakı xarici ölkələrin hərbi attaşeləri Naxçıvanda

Qısa URL
16 0 0
  • Azərbaycandakı xarici ölkələrin hərbi attaşeləri Naxçıvanda

mod.gov.az
Azərbaycandakı xarici ölkələrin hərbi attaşeləri Naxçıvanda

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri Naxçıvan şəhərinə səfər ediblər.

BAKI, 4 iyun — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri Naxçıvan şəhərinə səfər ediblər.

On iki dövləti təmsil edən hərbi attaşelər burada Heydər Əliyev adına Hərbi Liseydə və hərbi hissədə olublar. Qonaqlar hərbi qulluqçuların döyüş hazırlığından, onlar üçün yaradılmış tədris, xidmət və məişət şəraitinin səviyyəsindən məmnun qalıblar.

Ziyarət proqramına uyğun olaraq hərbi attaşelər və onların ailə üzvləri Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin muzeyini ziyarət ediblər.

Sonra qonaqlar Naxçıvan Biznes Mərkəzini, "Əshabi-Kəhf" ziyarətgahını, Möminə Xatun türbəsini, Naxçıvan qalasını, duz mağarasını, Nuh Peyğəmbərin məzarını ziyarət ediblər.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və Əlahiddə Ümumqoşun Ordusunun Komandanlığına minnətdarlıqlarını bildiriblər.

Əlaqədar

Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzinin açılışı olub
Azərbaycan-Türkiyə-Gürcüstan xüsusi təyinatlılarının təlimləri başladı
Mühəndis-istehkam birləşmələrinin təlimləri keçirilib
Azərbaycan ordusunun növbəti təlimi keçirilir
DSX-nin irimiqyaslı taktiki təlimləri başa çatıb

Əsas mövzular