21:28 25 İyun 2017
Canlı yayım
FOTO

Bakıda daha bir istirahət əyləncə mərkəzi istifadəyə verildi

Qısa URL
9610
  • İlham Əliyev Mehriban Əliyeva
  • İlham Əliyev Mehriban Əliyeva
  • İlham Əliyev Mehriban Əliyeva
  • Dalğa Beach-Aqua Park
  • İlham Əliyev Mehriban Əliyeva
  • İlham Əliyev Mehriban Əliyeva
  • Dalğa Beach-Aqua Park
  • İlham Əliyev Mehriban Əliyev
  • Dalğa Beach-Aqua Park
  • Dalğa Beach-Aqua Park
  • Dalğa Beach-Aqua Park
© AZƏRTAC
İlham Əliyev Mehriban Əliyeva

Bakıda daha bir müasir istirahət və əyləncə mərkəzi - “Dalğa Beach-Aqua Park” istifadəyə verilib.

BAKI, 26 may — Sputnik. Bakıda daha bir müasir istirahət və əyləncə mərkəzi — “Dalğa Beach-Aqua Park” istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 26-da “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışında iştirak ediblər.

Paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində yeni inşa edilmiş “Dalğa Beach-Aqua Park” xidmətin müxtəlifliyi və quruluşunun cazibədarlığı ilə fərqlənir.

Ailəvi istirahət parkında yaradılan şəraitlə bağlı dövlətimizin başçısına məlumat verildi. Qeyd edildi ki, “Dalğa Beach-Aqua Park”ın ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, orijinal üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda qonaqlar süni dalğalar vasitəsilə sörfinqlə məşğul ola biləcəklər. Hovuzlarda 7 su attraksionu quraşdırılıb. Burada balacaların mənalı istirahəti üçün 700 kvadratmetr sahəsi olan hovuz və digər əyləncə qurğuları yaradılıb. İstirahət edənlərə xidmətin ən müasir səviyyədə təşkili üçün kompleksdə çoxlu sayda restoran və xidmət obyektləri inşa edilib. “Dalğa Beach-Aqua Park”ın Disco Klubunda dünyanın məşhur şirkətlərinin səs və işıq effektləri avadanlığı quraşdırılıb. Bu isə Disco Klubda müxtəlif səpkili əyləncəli şou və proqramları təşkil etməyə imkan verir.

Qonaqların istirahətinin mənalı təşkili üçün ərazidə hər şey yüksək zövqlə tərtib olunub. Rəngarəng yaşıllıq guşələri, hovuzların əlverişli arxitektura ilə salınması istirahət üçün buraya üz tutanlarda gözəl əhval-ruhiyyə yaradacaq. İstirahət mərkəzinə gələnlərə buradakı restoranlarda Azərbaycan və dünya mətbəxinin nümunələri, həmçinin dəniz məhsullarından hazırlanmış müxtəlif çeşidli yeməklər təklif olunacaq. Yeni istirahət mərkəzini fərqləndirən əsas cəhətlərdən biri də burada daimi fəaliyyət göstərən və orijinallığı ilə seçilən su atraksionunun olmasıdır.

Dövlət başçısı və xanımı dənizin içində inşa edilmiş “Mayak” restoranında da oldular. Bu iaşə obyekti xidmətin orijinal təşkili ilə yanaşı, Bakının köhnə mayaklarının arxitektura üslubunda tikilməsi ilə də diqqəti cəlb edir. Buradan Xəzərə açılan mənzərə istirahətə gələnlərdə xoş ovqat yaradacaq.

İstirahət mərkəzində 26 min kvadratmetr sahəsi olan çimərlik zonası da var.

“Dalğa Beach-Aqua Park” kompleksində VIP-house da inşa olunub. Burada müştərilərin rahatlığını tam təmin etmək məqsədilə hərtərəfli şərait yaradılıb. VIP-house-un pəncərələrindən Xəzər dənizinə və istirahət mərkəzinə gözəl mənzərə açılır.

Təmiz hava və füsunkar dəniz mənzərəsinə malik “Dalğa Beach-Aqua Park” yerli və xarici turistlərin sevimli əyləncə və istirahət məkanına çevriləcək. Bu obyektin istifadəyə verilməsi Bakının turizm potensialını artırmaq və şəhərimizə gələn qonaqların istirahətini mənalı təşkil etmək baxımından da mühüm əhəmiyyət daşıyır. Belə müasir infrastrukturla təchiz edilən ailəvi istirahət məkanının “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində açılması bu yarışlarla bağlı paytaxtımıza gələn turistlərdə ölkəmiz haqqında yaranacaq təəssüratları daha da zənginləşdirəcək.

Digər fotolentlər

  • Tradeskansiya gülü
    Last update: 18:17 22.06.2017
    18:17 22.06.2017

    Bu çiçəklərin adlarını bilirsiniz?

    Çin alimləri sübut ediblər ki, çiçəklər təkcə estetik zövq predmeti deyil, onlar həm də insan beyninin müalicəsində əvəzsiz rol oynayır

    718
    14
  • Miss & Mister Azerbaijan 2017 gözəllik müsabiqəsinin finalı
    Last update: 16:21 19.06.2017
    16:21 19.06.2017

    Azərbaycanın ən gözəlləri məlum oldu

    İlin ən gözəl oğlan və qızlarını müəyyən edən

    840
    30
  • IV İslam Həmrəyliyi Oyunlarının rəsmi bağlanış mərasimi
    Last update: 19:08 23.05.2017
    19:08 23.05.2017

    IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi fotolarda

    Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib. Sputnik Azərbaycan mərasimdən ən yaddaqalan anları təqdim edir.

    99
    30
  • Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri
    Last update: 22:05 19.05.2017
    22:05 19.05.2017

    Böyük söküntü dalğası başladı

    Sahibkarlar bildirir ki, əgər ərazinin sökülməyə, bərpaya ehtiyacı varsa, bu qanun çərçivəsində, sərəncamla, müvafiq qərarlarla həyata keçirilməlidir

    6125
    17

Əsas mövzular