02:32 28 İyun 2017
Canlı yayım
FOTO

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib

Qısa URL
3320
  • Naxçıvan hərbi təlim
  • Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib
  • Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib
  • Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib
  • Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib
  • Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib
  • Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib
mod.gov.az
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib

Təlimdə 1000-dən artıq şəxsi heyət, 150-dən artıq döyüş və digər texnika, 50-ə yaxın artilleriya və reaktiv qurğu, 4 atəş dəstək vertolyotu, 6 ədəd zenit-raket qurğusu iştirak edib

 

BAKI, 16 may — Sputnik. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb. Bu barədə Müdafiə nazirliyi məlumat verir.

Mayın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar birgə taktiki təlimi izləyiblər.

Təlimdə 1000-dən artıq şəxsi heyət, 150-dən artıq döyüş və digər texnika, 50-ə yaxın artilleriya və reaktiv qurğu, 4 atəş dəstək vertolyotu, 6 ədəd zenit-raket qurğusu iştirak edib. Təlimlərin keçirilməsində əsas məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Üç mərhələdə keçirilən təlimlərdə bölmələr tərəfindən qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş tapşırıqları praktiki şəkildə icra olunub. Təlimdə birgə əks-hücum əməliyyatlarının təşkili və aparılması, zirehli qrupların düşmənin müdafiə xəttini yarmaqla təyin olunmuş istiqamətdə əlverişli həddi ələ keçirməsi, taktiki-hava desantının düşmən bölmələrinin arxasına atılması və hakim yüksəkliklərin ələ keçirilməsi, hücumda olan qoşunların dəstəyi üzrə hava-hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyətinin öyrənilməsi mövzularında tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri və vertolyotlar döyüş atışları və raket buraxılışlarını həyata keçiriblər.

Təlim ssenarisinə əsasən hava hücumundan müdafiə bölmələri zenit-raket kompleks vasitələri ilə dövlət sərhədini pozan düşmən təyyarələrini məhv edib. Hərbi birləşmələrimiz yaylım atəşli reaktiv silahlar vasitəsilə hücuma keçən düşmənin idarəetmə məntəqələrini, canlı qüvvəsini, döyüş texnikalarını, artilleriya və minaatan batareyalarını zərərsizləşdirib, dayaq məntəqələrini və qovşaqlarını dağıdıb. Sonra atəş dəstək və döyüş-nəqliyyat vertolyotlarının müşayiəti ilə düşmən müdafiəsinin yaxın dərinlikdəki zirehli obyektlərinə zərbələr endirilib və düşmən üzərində atəş üstünlüyü əldə edilibdir.

Təmas xətti boyu mövqelərini gücləndirən və atəş üstünlüyünə yiyələnən Əlahiddə Ümumqoşun Ordusu bundan sonra düşmənə qarşı əks-hücum əmrini yerinə yetirib. Əvvəlcə özüyeriyən artilleriya qurğuları, müxtəlif çaplı toplar və minaatanlardan açılan atəşlə düşmənin canlı qüvvəsi məhv edilib. Ardınca tanklar, piyada döyüş maşınları, tank əleyhinə idarə olunan raket kompleksləri hücuma dəstək verərək düşmən müdafiəsinin ön xəttindəki atəş vasitələrinə zərbələr endiriblər. Bu zaman qarşı tərəfin müdafiə istehkamları və digər səhra qurğuları dağıdılıb, hərəkətdə olan və hərəkətsiz zirehli texnikalar yararsız hala salınıbdır. Əks-hücum əməliyyatına atəş-dəstək vertolyotları da qoşularaq düşmənin müdafiə dərinliyində aşkarlanmış canlı qüvvəsini və zirehli obyektlərini atəşə tutub.

Daha sonra Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri Türkiyə Respublikası Silahlı Qüvvələrinin gücləndirilmiş tabor taktiki qrupları ilə birlikdə düşmən müdafiəsinin ön xəttini yarıb, piyada döyüş maşınları və tanklar dərinliklərə nüfuz ediblər. Artilleriya bölmələri atəş mövqeyini dəyişməklə hücum edən bölmələrə dəstək verib, Əlahiddə Ümumqoşun Ordusunun ön dəstələri sürətli hücum təşkil edərək qarşı tərəfin mühüm rayonlarını və həddini ələ keçiriblər. Hərbi təlimdə səyyar tibb və təmir təxliyə qrupları da fəallıq nümayiş etdiriblər.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirib, birgə hərbi təlim müvəffəqiyyətlə başa çatıb.

Sonda hərbi vertolyotlar Azərbaycan və Türkiyə bayraqlarını səmada nümayiş etdirib, ümummilli lider Heydər Əliyevin "Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikirləri səsləndirilibdir.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra təlimdə iştirak edən şəxsi heyətlə görüş olub.

Digər fotolentlər

  • Tradeskansiya gülü
    Last update: 18:17 22.06.2017
    18:17 22.06.2017

    Bu çiçəklərin adlarını bilirsiniz?

    Çin alimləri sübut ediblər ki, çiçəklər təkcə estetik zövq predmeti deyil, onlar həm də insan beyninin müalicəsində əvəzsiz rol oynayır

    731
    15
  • Miss & Mister Azerbaijan 2017 gözəllik müsabiqəsinin finalı
    Last update: 16:21 19.06.2017
    16:21 19.06.2017

    Azərbaycanın ən gözəlləri məlum oldu

    İlin ən gözəl oğlan və qızlarını müəyyən edən

    916
    30
  • IV İslam Həmrəyliyi Oyunlarının rəsmi bağlanış mərasimi
    Last update: 19:08 23.05.2017
    19:08 23.05.2017

    IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi fotolarda

    Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib. Sputnik Azərbaycan mərasimdən ən yaddaqalan anları təqdim edir.

    100
    30
  • Sumqayıtdakı Şərq bazarında aparılan söküntü işləri
    Last update: 22:05 19.05.2017
    22:05 19.05.2017

    Böyük söküntü dalğası başladı

    Sahibkarlar bildirir ki, əgər ərazinin sökülməyə, bərpaya ehtiyacı varsa, bu qanun çərçivəsində, sərəncamla, müvafiq qərarlarla həyata keçirilməlidir

    6126
    17

Əsas mövzular