04:03 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
Mərkəzi Seçki Komissiyası

MSK narazı namizədlərin müraciətlərinə baxıb

© AZƏRTAC
Parlament seçkiləri 2015
Qısa URL
9901

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.

BAKI, 16 noy — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.

18 saylı Nərimanov-Nizami seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ramin Hüseynov, 33 saylı Xətai I seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Üzeyir Cəfərov və digərləri həmin dairələrdə bir neçə seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia edib və həmin seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsini xahiş ediblər.

İclasda bildirilib ki, müraciətlər MSK-nın ekspert qrupu tərəfindən araşdırılıb və qanunvericiliyə uyğun tərtib olunmadığından, təqdim olunan iddialar təsdiqini tapmadığından təmin edilməyib.

Əsas mövzular