00:02 26 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Parlament seçkiləri 2015
Qısa URL
8001

Saat 15.00-dək Naxçıvan Muxtar Respublikasında seçicilərin 43%-i seçkilərdə iştirak edərək öz səsvermə hüququndan istifadə edib.

BAKI, 1 noy — Sputnik. Milli Məclisə keçirilən seçkilərdə aktivliyi ilə daha çox respublikanın Naxçıvan bölgəsi seçilir.

Sputnikin apardığı araşdırmaya əsasən saat 15.00-dək Naxçıvan Muxtar Respublikasında seçicilərin 43%-i seçkilərdə iştirak edərək öz səsvermə hüququndan istifadə edib. Saat 15.00-a olan məlumata əsasən respubklika ərazisində ən çox səs verən 1 saylı Şərur-Sədərək Seçki Dairəsində qeydə alınıb. Burada seçicilərin 61,1 % səs verib.

2 saylı Şərur DSK-da 56.2%,  3 saylı Babək-Kəngərli-Naxçıvan DSK-da 57.3%, 4 saylı Naxçıvan şəhər DSK-da  59.1%, 5 saylı Şahbuz-Babək DSK-da 51,1%, 6 saylı Culfa-Babək DSK-da 47,9%, 7 saylı  Ordubad –Culfa DSk-da 49% seçici səsvermədə iştirak edib.

Respublikada ən fəal seçici aktivliyi  paytaxt Bakının Xəzər rayonundakı 14 və 13 saylı seçki dairələrində müşahidə olunub. Belə ki. 14 saylı seçki daizərsində seçicilərin 69,7%-i 13 saylı Xəzər-Pirallahı DSK-da  seçicilərin 62,4%-i səsvermədə iştiark edib. Bundan əlavə olaraq seçki aktivliyi daha çox Fizuli rayonunda, Bakının müxtəlif dairələrində qeydə alınıb.

Ən passiv seçki aktivliyi də məhz paytaxtın Suraxanı rayonunda qeydə alınıb Belə ki, saat 15.00-a oln məlumata əsasən 32 saylı Suraxanı ikinci seçki dairəsində seçicilərin 27,1%-i, 31 sayli Suraxanı birinci seçki daizrəsində isə 28,3%-i səs verib. Mingəçevirdə də seçici passivliyi qeydə alınmaqdadır. Belə ki, burada seçicilərin 28,7% səsvermədə iştirak edib.

Əsas mövzular