Tanınmış qadın jurnalistlər Azay Quliyevin seçki qərargahında olublar

Qadın jurnalistlər Azay Quliyevin seçki qərargahında
Qadın jurnalistlər Azay Quliyevin seçki qərargahında - Sputnik Azərbaycan
Abunə olmaq
Bir qrup tanınmış qadın jurnalist millət vəkili, 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin seçki qərargahında olublar.

BAKI, 29 okt — Sputnik. Bir qrup tanınmış qadın jurnalist millət vəkili, 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin seçki qərargahında olublar. Bu barədə Sputnik-ə Seçki Qərargahının Mətbuat Xidmətindən məlumat verilib.

Jurnalistlər seçki gününə yaxın qərargahdakı aktiv iş prosesini izləyiblər. 

Daha sonra Azay Quliyevlə görüşdə iştirak edən jurnalistlər adından danışan Sevil Yusifova, deputatlığa namizədin seçki kampaniyasını yaxından izlədiklərini bildirib: “Deyə bilərəm ki, mükəmməl bir kampaniya apardınız. İstifadə etdiyiniz ənənəvi seçki texnologiyaları və yeniliklər bir-birini tamamlayır. Bu baxımdan, Azay Quliyevin özünün bir millət vəkili kimi ictmai nüfuzu, həmçinin, aparılmış effektiv təbliğat kampaniyası onun seçkidə şəksiz qələbəsini təmin edəcək. Bu görüşdə iştirak edənlərdən 8-ci dairənin seçicisi olaraq Azay Quliyevə səs verəcək. Burada iştirak edən və etməyən çoxsaylı jurnalist həmkarlarımızın ümumi istəyi ondan ibarətdir ki, siz yenidən Milli Məclisə üzv seçiləsiniz”.  

Görüşdə iştirak edən Zərnişan Turan, Zərifə Bəşirqızı, Ülviyyə Abdullayeva, Nigar İsfəndiyar, İradə Əlili, Gülnarə Məmmədzadə,  Fatimə Hacıbəyli, Fərqanə Allahverdiqızı, Sevda Əsgərova, Şəfiqə Şəfa Azay Quliyevə seçkilərdə uğurlar arzulayıblar  və təkrar deputat seçildikdən sonra ictimaiyyəti və xüsusilə qadınları maraqlandıran bir sıra vacib məsələləri diqqətdə saxlamağı millət vəkilindən xahiş ediblər.

Qadın jurnalistlər Azay Quliyevin seçki qərargahında
Qadın jurnalistlər Azay Quliyevin seçki qərargahında - Sputnik Azərbaycan
Qadın jurnalistlər Azay Quliyevin seçki qərargahında

Tanınmış xanım jurnalistlərin seçki qərargahını ziyarət etməsindən məmnunluğunu bildirən Azay Quliyev  onlara xoş sözlər və maraqlı təkliflər üçün təşəkkür edib: “Siz yazarlar prosesləri daha diqqətlə izləyirsiniz. Obyektiv müqayisə imkanınız olur. Bu mənada, bizim kampaniyamıza verdiyiniz qiymət və xüsusilə, dəstəyiniz bizim üçün çox önəmlidir”.    

Görüşdə gələcək fəaliyyətlə  bağlı fikir mübadiləsi olub. 

Sonda jurnalistlər Azay Quliyevlə xatirə şəkili çəkdiriblər və ona seçkidə qələbə  arzulayıblar.

Xəbər lenti
0