10:53 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
Parlament seçkiləri 2015
Qısa URL
901

Baş nazirin müavini: Azərbaycan hakimiyyətinin əsas məqsədi azad, şəffaf və demokratik seçkilər keçirməkdir. Bunun üçün Azərbaycanda həm siyasi, həm də qanunverici baza mövcuddur.

BAKI, 28 okt — Sputnik. Azərbaycan hakimiyyətinin əsas məqsədi azad, şəffaf və demokratik seçkilər keçirməkdir. Bunun üçün Azərbaycanda həm siyasi, həm də qanunverici baza mövcuddur.

Seçki-2015.az saytı xəbər verir ki, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov rusiyalı jurnalistlərlə görüşdə belə deyib.

Baş nazirin müavini bildirib ki, ölkəmizdə demokratik seçki mühiti mövcuddur və hazırki ictimai-siyasi vəziyyət də şəffaf seçkilərin keçirilməsinə imkan verir.

YAP-ın seçkilərdən gözləntilərinə gəlincə, Əli Əhmədov bildirib ki, hakim partiya 5 il əvvəl qazandığı uğurları bu seçkilərdə də təkrarlamaq niyyətindədir.

“Ölkə rəhbərliyinin uğurlu siyasəti nəticəsində Azərbaycanın qazandığı nailiyyətlər partiyanın hər bir namizədinə təbliğat-təşviqat mərhələsini uğurla aparmağa, ən əsası YAP-ın seçkilərdə qələbəsinə böyük əsas yaradır. Ötən seçkilərdə YAP-ın 71 namizədi parlamentə mandat qazandı. Bu isə Milli Məclisdəki yerlərin 60 faizi deməkdir. Bu seçkilərdə də qələbəni təkrarlamaq imkanımız var”,- deyə Ə. Əhmədov qeyd edib.

YAP-ın sədr müavini bəzi beynəlxalq qurumların, xüsusilə  ATƏT-in Demokratik Təsisatlar  və İnsan Haqları Bürosunun müşahidə missiyasının seçkiləri izləməkdən imtina etməsinə də toxunub. “Mən bilmirəm, bu təşkilat hansı əsasla belə bir qərar verib. Amma  düşünürəm ki, bunun seçkilərə heç bir təsiri olmayacaq”.

Əsas mövzular