Dünyanın ən yaşlı insanlarından biri Azəbaycanda səs verəcək

© btnet.com.trSəsvermə
Səsvermə - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdaş rayonunun Gülbəndə kəndində ən yaşlı Azərbaycan vətəndaşı yaşayır.

BAKI, 27 okt – Sputnik. Dünyanın ən yaşlı insanlardan biri Azərbaycan parlament seçkilərində səs verəcək. Bu barədə məlumatı Sputnik-ə Ağdaş rayonun Gülbəndə kəndinin bələdiyyə başçısı Almaz Salehova verib.

Azərbaycanda parlament seçkiləri noyabırın 1-də keçiriləcək. MSK-nın məlumatına görə, parlamentdəki 125 yerə 769 namizəd iddialıdır. 

Salehovanin sözlərinə görə, Ağdaş rayonunun Gülbəndə kəndində ən yaşlı Azərbaycan vətəndaşı yaşayır. 

“Söhbət Gözəl Əmirxan qızı Dadaşovadan gedir. Bu il onun 125 yaşı tamam olacaq. Rayon icra hakimiyyətinin və kənd bələdiyyəsinin nümayəndələri Dadaşova ilə görüşüblər. Görüşdə o, qarşıdan gələn parlament seçkilərində səs vermək istədiyini deyib”, – deyə bələdiyyə başçısı Sputnik-in müxbirinə bildirib.

Agentliyin həmsöhbəti onu da əlavə edib ki, Dadaşovaya evdə rahat səs vermək üçün bütün şərait yaradılıb.

Sputnik-in müxbiri Gözəl xanimın özü ilə danışa bilib. 

Söhbət zamanı Dadaşova bildirib ki, hər bir Azərbaycan vətəndaşı üçün seçkilərdə iştirak etmək vacibdir, cünki bu ölkənin gələcəyi müəyyən edilir. 

“Mən keçmişdə səs vermişəm, o vaxtlar insanlari səsvermədə iştirak etməyə zorla məcbur etdilər.

İndi mən öz ölkəmlə fəxr edirəm və onun gələcəyinə əminəm. Mənim 42 nəvəm, nəticəm və kötükcəm qarşıdan gələn seçkilərdə səs verəcək”, – deyə Azərbaycanın ən qocaman sakini bildirib.

Xəbər lenti
0