19:12 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Aydın Mirzəzadə - millət vəkili

Aydın Mirzəzadə: Müsavat qeyri-ciddi qurumdur

© Foto: REPORT
Parlament seçkiləri 2015
Qısa URL
2211

Siyavuş Novruzov: Tələb edirlər ki, seçki 4 aydan sonra keçirilsin, bu müddətdən sonra nə olacaq ki?

BAKI, 26 okt — Sputnik. Bu gün Azərbaycanda  elə qeyri-ciddi siyasi qüvvələr var ki, onlar vaxtaşırı olaraq öz ambisiyalarına uyğun olmayan ideyalarla çıxış edirlər. Onlardan biri də Müsavat Partiyasıdır.

Bunu Sputnik-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) şöbə müdiri Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək parlament seçkilərinə bütün ciddi siyasi qüvvələr qatılıb və seçki prosesində təbliğat kampaniyasını yekunlaşdırmaq üzrədir. 

"Amma bununla belə Azərbaycan  siyasətində böyük iddia ilə yaşayan, ancaq siyasi nüfuzu olmayan qeyri-ciddi siyasi qüvvələr var ki, onlar  vaxtaşırı özlərinin ambisiyasına uyğun gəlməyən, konstitutsiyaya  zidd olan təkliflərlə çıxış edirlər. Belə partiyalardan biri də Müsavat partiyasıdır ki, oktyabrın 25-də  qeyri-ciddi və konstitutsiyaya zidd  təkliflə çıxış edib”, — deyə Mirzəzadə əlavə edib.

Mirzəzadə deyib ki, bu gün cəmiyyət seçkiyə köklənib: “Namizədlər təbliğat-təşviqat kampaniyasını aparır. Müsavat  partiyasının namizədləri isə  kabinetdən çölə çıxmadan bir dəfə mitinq keçirməklə  işlərini bitmiş hesab edirlər.  Bununla  cəmiyyətə öz iradələrini zorla qəbul elətdirmək istəyirlər.  Cəmiyyət  isə bu və ya digər siyasi partiyanın iradəsi ilə deyil, əksəriyyətin fikri ilə öz gələcəyini müəyyənləşdirir. Ona görə də hesab edirəm ki, noyabrın 1-də Azərbaycanda demokratik, şəffaf seçkilər  baş tutacaq və aidiyyatı orqanlar  qanunvericiliklə öz üzərlərinə düşən  vəzifələri layiqincə yerinə yetirəcəklər.”

YAP funksioneri onu da əlavə etdi ki,  onsuz da bu gün Azərbaycan cəmiyyəti Müsavat  adlı ciddi siyasi qüvvə tanımır.  “Onun hansı addım atacağı da cəmiyyət üçün maraqlı deyil. Bu cür uğursuz siyasi texnologiyalar  effekt verməyən addımlardır”, — deyə o bildirib.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavi Siyavuş Novruzov isə hesab edir ki, Müsavat Partiyası parlament seçkisində uğur qazana bilməyəcək və indidən seçkilərin nəticələrinə kölgə salmağa cəhd edir: "Haradan bilirlər ki, seçki demokratik keçirilməyəcək? Münəccimdirlər? Tələb edirlər ki, seçki 4 aydan sonra keçirilsin, bu müddətdən sonra nə olacaq ki?”

Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 25-də keçridiyi mitinqdə 1 noyabr parlament seçkilərinin  təxirə salınaraq 4 aydan sonra keçirilməsi tələbi ilə çıxış edib.

Əsas mövzular