Araz Əlizadə: Seçkilərin demokratik və şəffaf keçəcəyinə əminəm

© youtube.comAraz Əlizadə
Araz Əlizadə - Sputnik Azərbaycan
Abunə olmaq
ASDP sədri deputatlığa namizədlərin seçki prosesindən razı qaldıqlarını deyib.

BAKI, 25 okt-Sputnik. Noyabrın 1-də keçiriləcək parlament seçkilərinin ədalətli və şəffaf keçiriləcəyinə əminəm. Bunu Secki-2015.az saytına açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

O, namizədlər üçün yaradılan şəraitə əsasən bu cür fikirləşdiyini diqqətə çatdıraraq deyib: "İmzatoplama kampaniyası, namizədlərin qeydiyyata alınması prosesi, təbliğat-təşviqat kampaniyası yüksək səviyyədə təşkil olunur. İndiyə qədər müşahidə etdiklərim noyabrın 1-də parlament seçkilərinin yüksək şəffaflıq və demokratik prinsiplərə uyğun keçiriləcəyini deməyimə əsas verir".

A. Əlizadə təbliğat-təşviqat kampaniyası aparmaq üçün lazımi şəraitin yaradıldığını bildirib: "Tanıdığım digər namizədlər də prosesdən razıdırlar. İndiyə qədər mənim seçicilərlə görüşümə heç bir maneə yaradılmayıb, əksinə müvafiq qurumlar istədiyimiz şəraiti bizim üçün təmin ediblər. Plakatlarımızı təyin olunan yerlərə rahat şəkildə yapışdıra, görüşlərimizi keçirə bilirik. Görüş üçün açıq və qapalı olaraq ayrılan yerlərdə də yüksək səviyyədə şərait var. Bu, çox gözəl seçki nümunəsidir".

Xəbər lenti
0