CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Seçkilər” Media Mərkəzi fəaliyyətə başlayıb

Seçki-2015 saytı
Seçki-2015 saytı - Sputnik Azərbaycan
Abunə olmaq
Seçki-2015.az saytı “Seçkilər” Media Mərkəzinin tərkibində fəaliyyət göstərən informasiya resursudur.

BAKI, 24 okt — Sputnik. Noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə növbəti seçkilər keçiriləcək.

Bu tarix yaxınlaşdıqca seçki ab-havası daha çox hiss olunmağa başlayır. Həmçinin, bu mövzuya həsr olunmuş saytların, resursların, informasiya portallarının da sayı artır. Bu günlərdə fəaliyyətə başlamış seçki-2015.az saytı da belə media strukturlardan biridir. 

Seçki-2015.az saytı “Seçkilər” Media Mərkəzinin tərkibində fəaliyyət göstərən informasiya resursudur. Saytın yaradılmasının başlıca məqsədi 2015-ci il Milli Məclisə seçkilər, seçki prosesinin ayrı-ayrı mərhələləri, seçki institutlarının, müşahidə missiyalarının, exit-poll keçirən təşkilatların fəaliyyəti, namizədlər və s. haqqında Azərbaycan ictimaiyyətini, yerli və xarici jurnalistləri obyektiv və dolğun məlumatlandırmaqdır.

Sayt dövlət orqanları, Mərkəzi Seçki Komissiyası, vətəndaş cəmiyyəti institutları ilə sıx əlaqələr quraraq yerli və xarici ictimaiyyətin diqqətinə seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəylərini, açıqlama və bəyanatlarını təqdim edir, habelə seçki prosesi ilə bağlı bütün məsələləri geniş işıqlandırır.

Seçki-2015.az saytı Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Seçkilərlə bağlı ən son və ətraflı məlumatları, fotoşəkilləri və videoları Seçki —2015.az saytından əldə edə bilərsiniz.

Xəbər lenti
0