SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Asim Mollazadə: Dövlət imtiyazlı təbəqələrə qayğı göstərməlidir

© SputnikAsim Mollazadə Nəsimi rayonunun seçiciləri
Asim Mollazadə Nəsimi rayonunun seçiciləri - Sputnik Azərbaycan
Abunə olmaq
Nəsimi rayonunun seçiciləri onların problemlərinə hər zaman diqqət göstərdiyinə görə Asim Mollazadəyə təşəkkür ediblər.

BAKI, 15 okt-Sputnik. Demokratik İslahatlar Partiyasının (DİP) sədri, 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Asim Mollazadə seçki kampaniyası çərçivəsində seçicilərlə görüşüb. 

© demreforms.orgAsim Mollazadənin Nəsimi rayonunun seçiciləri ilə görüşü
Asim Mollazadənin Nəsimi rayonunun seçiciləri ilə görüşü - Sputnik Azərbaycan
Asim Mollazadənin Nəsimi rayonunun seçiciləri ilə görüşü

DİP-in mətbuat xidmətindən Sputnik-ə verilən xəbərə görə, millət vəkili öz seçicilərinə ötən beş il ərzində parlament fəaliyyəti barədə hesabat verib.
Seçki platformasında prioritet təşkil edən məsələlərə toxunan Asim Mollazadə deyib ki, ölkə iqtisadiyyatının gücləndirilməsi və şaxələndirilməsi üçün kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməlidir.

Azərbaycanın imza atdığı strateji layihələrə, ölkənin inkişaf imkanlarına toxunan millət vəkili, bu gün təhsil, səhiyyə və sosial sahədə islahatların davam etdirilməsinin zəruri olduğunu dilə gətirib. O, xüsusi imtiyazlı təbəqələrin — şəhid ailələrinin, müharibə əlil və veteranlarının, sosial imkanları məhdud olan aztəminatlı insanların dövlət tərəfindən ciddi qayğı ilə əhatələnməsinin vacib olduğunu deyib.

Millət vəkili Azərbaycan qadınlarının ictimai-siyasi həyatda fəallığının artırılması, gənclərin keyfiyyətli təhsillə təmin olunması, insanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, tibbi sığorta sisteminin yaradılması ilə bağlı fikirlərini seçicilərlə bölüşüb.

Seçicilər də öz növbələrində Asim Mollazadəyə Nəsimi seçicilərinin problemlərinə hər zaman diqqət göstərdiyinə görə təşəkkür ediblər. Onlar Asim Mollazadədən sosial müavinətlərin artırılması, tibbi sığorta və təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı məsələləri parlamentin gündəliyinə gətirməyi xahiş ediblər.

© demreforms.orgAsim Mollazadənin Nəsimi rayonunun seçiciləri ilə görüşü
Asim Mollazadənin Nəsimi rayonunun seçiciləri ilə görüşü - Sputnik Azərbaycan
Asim Mollazadənin Nəsimi rayonunun seçiciləri ilə görüşü

Xəbər lenti
0