21:14 19 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Parlament seçkiləri 2015
Qısa URL
Milli Məclisə seçkilər (40)
5211

Azadlıq-2015 siyasi partiyalar bloku tərəfindən parlament seçkilərində namizədliyi sürülənlərdən 12 nəfərin namizədlikləri rəsmi qaydada qeydiyyata alınıb.

BAKI, 6 okt — Sputnik. Azadlıq-2015 siyasi partiyalar bloku tərəfindən parlament seçkilərində namizədliyi sürülənlərdən 12 nəfərin namizədlikləri rəsmi qaydada qeydiyyata alınıb.

Bu barədə Sputnik-ə blokun seçki qərargahından məlumat verilib.

Seçki qərargahından bildirildi ki, Azadlıq-2015 siyasi partiyalar blokunun namizədlərinə qarşı təzyiqlər, qanunsuzluqlar, süründürməçiliklər davam edir. 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən qeydiyyat üçün sənədlərini təqdim edən KXCP sədri Mirmahmud Mirəlioğlunun namizədliyi qeydə alınmayıb.

Seçki qərargahından bildirildi ki, Mirmahmud Mirəlioğlunun qeydiyyata alınmaması ilə bağlı DSK-nın qərarından MSK-ya şikayət edilib. Bloka qarşı yaradılan maneələrə baxmayaraq, blokdan namizədliyi irəli sürülən 12 nəfər qeydə alınıb. 

Bu şəxslər aşağıdakılardır:

3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi Nurəddin  Bayramov — KXCP; 

9 saylı Binəqədi ikinci seçki dairəsindən Elşad  Musayev — BAP; 

11 saylı Qaradağ seçki dairəsindən Bəybala Əbil — KXCP; 

15 saylı Yasamal birinci seçki dairəsində Əli Əliyev — VİP; 

16 saylı Yasamal ikinci seçki dairəsindən —  Nisəxanım Vəliyeva — KXCP; 

17 saylı Yasamal üçüncü seçki dairəsi — Şahin İdris oğlu Abbasov  - VİP; 

20 saylı Nərimanov ikinci seçki dairəsindən Teyyublu Xəzər — KXCP; 

41 saylı Sumqayıt birinci seçki dairəsi — Əliəddin Abdullayev  - KXCP; 

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Rəyasət  Bağırov  - KXCP; 

63 saylı Sabirabad birinci seçki dairəsindən Pənah Hüseyn — AXP; 

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən İsrayılov Məzahir — AXP; 

87 saylı Ağsu – İsmayıllı seçki dairəsindən Yaqub Babalı — KXCP.

Mövzu:
Milli Məclisə seçkilər (40)
Teqlər:
Azərbaycanda parlament seçkisi, Azərbaycanda parlament seçkiləri, parlament seçkisi, Parlament seçkiləri 2015, parlament seçkilǝri, KXCP, Mirmahmud Mirəlioğlu, Azərbaycan

Əsas mövzular