03:53 25 Fevral 2018
Canlı yayım
Арастун Оруджлу

Regiondakı proseslər Azərbaycandakı parlament seçkilərinə təsir edəcək

© сontact.az
Parlament seçkiləri 2015
Qısa URL
6411

Bu fikri Sputnik-ə açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib.

BAKI, 8 sen — Sputnik. Regionda baş verən proseslər Azərbaycanda keçiriləcək parlament seçkilərinə öz təsirini göstərəcək. 

Bu fikri Sputnik-ə açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə ölkədə baş verə biləcək ictimai-siyasi  vəziyyət haqqında hər hansı proqnoz vermək çətindir. “Ancaq onu deyə bilərəm ki, Dağlıq Qarabağ ərtafında baş verən proseslər seçkiyə təsir edə bilər. Çünki  Dağlıq Qarabağ ətrafında hərbi fəallığın artması müşahidə olunur və  bu hərbi fəallığın artması seçki prosesinə hər hansı formada təsir edə bilər.

Ümumiyyətlə regionda, baş verən proseslər seçkiyə və Azərbaycanda ictimai-siyasi vəziyyətə təsirsiz ötüşməyəcək”, — deyə politoloq vurğuladı.

Politoloq hesab edir ki, iqtisadi vəziyyətin ağırlaşması da seçkiyə və ölkədəki ictimai-siyasi proseslərə təsir edəcək.

Qərbin Azərbaycanda keçriləcək seçkilərə olan marağının azalmasına gəldikdə isə politoloq bildirdi ki, burda bir neçə amil möcuddur: “Bunlardan bir də  Qərbin Azərbaycana marağının azalması ilə bağlıdır. Belə ki, son dövrlərdə Azərbaycanla Rusiya arasındakı münaisbətlərin yeni mərhələyə qədəm qoyması  Qrəbin Azərbaycana olan marağını azaldıb.”

Əsas mövzular