12:15 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Parlament seçkiləri 2015

İsa Qəmbərin namizəd olacağı dairə müəyyənləşib

Parlament seçkiləri 2015
Qısa URL
33921

Bu gün Müsavat Partiyasının Məclisi parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.

BAKI, 29 avq-Sputnik.Bu gün Müsavat Partiyasının Məclisi parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.

Sputnik APA-ya istinadən xəbər verir ki, Məclisin iclasında partiyanın rayon təşkilatları tərəfindən namizədliyi razılaşdırılmış şəxslərin adları açıqlanıb. 

Müsavat Partiyasının 30-a yaxın dairədən deputatlığa namizədi yoxdur. Naxçıvan Muxtar Respublikasındakı 7 seçki dairəsindən namizəd irəli sürülməyib. Rayon təşkilatlarının razılaşdırdığı namizədlər Məclisdə səsverməyə çıxarılaraq təsdiqlənib.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin 15 saylı Yasamal Birinci Seçki Dairəsindən, indiki başqan Arif Hacılı isə 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizəd olub. 123 saylı Kəlbəcər Seçki Dairəsindən Azərbaycan Milli Demokrat Partiyasının sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun namizədliyi dəstəklənib. 29 saylı Səbail Seçki Dairəsindən Müsavat Partiyasının Məclis sədri Nüşabə Sadıxlı, 46 saylı Şirvan Seçki Dairəsindən başqan müavini  Elman Fəttah, 50 saylı Qobustan-Xızı-Sumqayıt Seçki Dairəsindən başqan müavini Səxavət Soltanlı namizəddirlər. 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən keçmiş deputat Arzu Səmədbəyli, 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən sabiq deputat İkram İsrafil, 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsindən Məclis üzvü Vəfa Cümşüdlü, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən Məclis üzvü Nəsiman Yaqublu namizəd olublar. Başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizəd göstərilib.

Müsavat başqanının həbsdə olan müavinlərinin də namizəd göstərilməsi səsverməyə çıxarılıb və qəbul edilib. Tofiq Yaqublu 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən deputatlığa namizəd olub. Müsavat başqanının digər həbsdə olan iki müavininin namizəd olduğu dairələrdən isə başqa namizədlər də irəli sürülüb. Belə ki, Yadigar Sadıqlı Lənkəran Seçki Dairəsindən namizəd olub, bu dairədən partiyanın ikinci namizədi Mikayıl Əsədovdur. 121 saylı Laçın Seçki Dairəsindən namizəd Müsavat partiyası başqanının həbsdə olan müavini Fərəc Kərimli, faktiki namizəd isə onun atası Rafiq Kərimli olub. Müsavat Partiyasının 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən, 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən və 108 saylı Ağstafa Seçki dairəsindən də iki namizədi var. 

Başqanlığa namizəd olmuş Tural Abbaslı deputatlığa namizəd göstərilməyib.

İki namizəd olan dairələrlə bağlı yekun qərarı Divan qəbul edəcək. 

 

Teqlər:
Naxçıvan, Milli Məclis, Parlament seçkiləri, Müsavat partiyası, Arif Hacılı, İsa Qəmbər, Parlament seçkiləri, Müsavat partiyası, İsa Qəmbər, Azərbaycan

Əsas mövzular