10:56 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Vurğun Əyyub

Vurğun Əyyub deputat Sevinc Fətəliyevanın alternativi olacaq

khazar.org
Parlament seçkiləri 2015
Qısa URL
5901

Vurğun Əyyub parlament seçkilərində namizədliyini fərdi qaydada irəli sürəcək.

BAKI, 19 avq-Sputnik. “Mənim Müsavat Partiyasındakı statusum hələ ki, aydın deyil, gah partiyadan çıxarırlar, gah da bərpa edirlər. Odur ki, parlament seçkilərində namizədliyimi Müsavatın adından deyil, fərdi şəkildə irəli sürəcəyəm”.

Sputnik xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Vurğun Əyyub deyib.

O, parlament seçkilərində namizədliyini Suraxanı rayon 30 saylı seçki dairəsindən irəli sürəcəyini qeyd edib: “2005-ci ildə həmin dairədən namizədliyimi verdiyim üçün, oranı yaxşı tanıyıram. Eyni zamanda 2005-ci ildə seçkini praktik olaraq doğrultduğum üçün, bu dəfə də namizədliyimi Suraxanı rayon 30 saylı seçki dairəsindən irəli sürəcəyəm”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə APA-ya bildirib ki, Suraxanı rayon təşkilatı yeni bərpa edildiyindən, hazırda həmin dairədən 2 nəfər partiya üzvü namizədliyini irəli sürməyi düşünür: “Ancaq, bu məsələ yenidən müzakirə olunacaq və onlar öz aralarında razılaşacaq. Yekunda bir nəfərin namizədliyi təsdiqlənəcək”.

Vurğun Əyyub Müsavat Partiyasından kənarlaşdırılıb. Lakın mayın 19-da Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Şura iclası keçirilib. İclasda təşkilatın özəyinin Əyyubun partiyadan çıxarılması ilə bağlı qərarı ləğv olunub. Müsavat rəhbərliyi isə sözügedən qərarı doğru saymadığını və Əyyubun partiya üzvü olmadığını açıqlayıb.

Vurğun Əyyub əvvəlki seçkilərdə 30 saylı Suraxanı birinci seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Hazırda həmin dairənin deputatı Sevinc Fətəliyevadır.

Sevinc Fətəliyevanın yaxınlarının Sputnik-ə bildirdiyinə görə, o, bu il keçiriləcək seçkilərdə sözügedən dairədən yenidən namizədliyini irəli sürəcək. 

Teqlər:
Parlament seçkiləri, Parlament seçkiləri 2015, parlament seçkisi, Azərbaycan Demokratiya və Rifah Hərəkatı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini, Vurğun Əyyub, Azərbaycan

Əsas mövzular