00:14 15 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Parlament seçkiləri 2015
Qısa URL
7702

Sərdar Cəlaloğlu: 125-lər siyasi klubunun parlament seçkiləri ilə bağlı açıqladığı ilkin siyahıya yenidən baxılacaq.

BAKI, 14 avq – Sputnik. Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası (ADP) ilə birlikdə parlament seçkiləri ilə əlaqədar yeni seçki bloku yaratmaq məqsədilə danışıqlara başlayıb.

Sputnik xəbər verir ki, bu barədə APA-ya ADP sədri Sərdar Cəlaloğlu məlumat verib. O bildirib ki, seçki blokunda yalnız Ümid və ADP təmsil olunacaq: “125-lər siyasi klubunun parlament seçkiləri ilə bağlı açıqladığı siyahı ilkin siyahıdır. Ancaq Ümid Partiyası ilə birlikdə yeni blok yaratdıqdan sonra, bu siyahıya yenidən baxılacaq və buradakı adlar yeni seçki blokunun siyahısına köçürüləcək. Artıq dünən İqbal Ağazadə ilə namizədlərin siyahılarının tərtib edilməsi ilə bağlı razılıq əldə etmişik. Bu gün yenidən görüşüb bu məsələni müzakirə edəcəyik”.

Cəlaloğlu bir müddət əvvəl blokda 3 partiyanın təmsil olunacağı haqqında dediyi fikirlərə də aydınlıq gətirib: “3-cü partiyanın şərtlərini qəbul etmədik. Daha doğrusu, prinsipial razılıq əldə edilmədi. Buna görə də yeni blokda Ümid Partiyası ilə birlikdə təmsil olunacağıq”.

O, “Qarabağ” blokunun seçki blokuna çevriləcəyini də istisna etməyib.


Teqlər:
Qarabağ seçki bloku, Qarabağ bloku, parlament seçkisi, Parlament seçkiləri 2015, Parlament seçkiləri, ADP, Azərbaycan Demokrat Partiyası, Ümid Partiyası, İqbal Ağazadə, Sərdar Cəlaloğlu, Azərbaycan

Əsas mövzular