İkinci Qarabağ müharibəsi iştirakçısı şəhid analarına mahnı həsr edib

© AFP 2023 / BULENT KILICПохороны шехида, фото из архива
Похороны шехида, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.09.2021
Abunə olmaq
Fərid Kərimov Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2020-ci il 26 dekabr tarixli qərarı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.
BAKI, 27 sentyabr — Sputnik. İkinci Qarabağ müharibəsi iştirakçısı, müğənni Fərid Kərimov şəhid anaların həsr etdiyi mahnısını sosial şəbəkədə təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, mahnının sözləri və musiqisi müğənninin özünə məxsusdur. Müğənni bildirib ki, bir il öncə, bu gün ailəsi ilə sağollaşıb müharibəyə yol düşüb.
Qeyd edək ki, müğənni bundan öncə də şəhidlərimiz haqqında mahnılar ərsəyə gətirib.
Məlumat üçün bildirək ki, Fərid Kərimov Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2020-ci il 26 dekabr tarixli qərarı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.
 
Xəbər lenti
0