Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib

© © Murat Cetinmuhurdar / Presidential Press Office / Handout via REUTERSПрезидент Азербайджана Ильхам Алиев и Президент Турции Реджеп Тайип Эрдоган на военном параде в Баку, фото из архив
Президент Азербайджана Ильхам Алиев и Президент Турции Реджеп Тайип Эрдоган на военном параде в Баку, фото из архив - Sputnik Azərbaycan, 1920, 27.09.2021
Abunə olmaq
Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib və Vətən müharibəsi zamanı Türkiyə Prezidentinin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi bir daha yüksək qiymətləndirib.
BAKI, 27 sentyabr — Sputnik. Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Sputnik Azərbaycan xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizlə əlaqədar Azərbaycan Prezidentinə bir daha başsağlığı verib. Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsi ilə bağlı təbriklərini də çatdırıb.
Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib və Vətən müharibəsi zamanı Türkiyə Prezidentinin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi bir daha yüksək qiymətləndirib.
Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Xəbər lenti
0