Türkiyə və İsrail səfirliyində Anım Günü qeyd olundu

© Sputnik / Murad OrujovЛюди, собравшиеся у посольства Турции в поддержку братского народа
Люди, собравшиеся у посольства Турции в поддержку братского народа - Sputnik Azərbaycan, 1920, 27.09.2021
Abunə olmaq
Türkiyə və İsrail səfirliyində 27 sentyabr Anım Günü qeyd olunub, şəhid övladları təhsil almaq üçün qardaş ölkəyə yola salınıb.
BAKI, 27 sentyabr — Sputnik. Türkiyənin Bakıdakı səfirliyində Anım Günü ilə bağlı tədbir və qardaş ölkədə təhsil almağa yollanan şəhid övladları ilə görüş keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Türkiyə və Azərbaycan İş adamları və Sənayeçilər (TÜİB) İctimai Birliyinin sədri Hüseyin Büyükfırat, millət vəkili, "Tək millət, tək ürək" platformasının təşəbbüskarı Ramil Həsən, hər iki ölkədən ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Anım Günü ilə bağlı danışan Cahit Bağçı 27 sentyabr tarixinin zəfərə aparan yolun başlanğıcı olduğunu bildirib, şəhid ailələrinə və övladlarına sahib çıxmağın hər kəsin borcu olduğunu vurğulayıb. Türkiyədə təhsil alacaq şəhid övladlarına uğurlar arzulanıb, şəhidlərin layiqli davamçısı olacaqlarına əminlik ifadə olunub. Daha sonra şəhid övladlarının yolasalma mərasimi keçirilib.
Vətən müharibəsində həlak olanların xatirəsi İsrail səfirliyində də bir dəqiqəlik sükutla yad edilib. Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "Twitter"ində məlumat paylaşılıb: "Bu gün Anım Günündə səfir Corc Dik və səfirlik heyəti Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirərək, müharibə qurbanlarının xatirəsini ehtiramla yad edib. Bölgəyə sülh diləyirik və qurbanların ailələrinə başsağlığımızı çatdırırıq".
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Anım Günü ilə bağlı "Twitter" hesabından paylaşım edib. O, paylaşımında "27 sentyabr - Anım Günü, keçən ilki münaqişədə həyatlarını itirənləri anaraq ailələrinə və yaxınlarına başsağlığı verirəm", -  deyə qeyd edib. 
Xəbər lenti
0