Azərbaycan mədəniyyətinə daha bir itki

© Sputnik / Murad OrujovВ Баку почтили память народного артиста СССР Муслима Магомаева
В Баку почтили память народного артиста СССР Муслима Магомаева  - Sputnik Azərbaycan, 1920, 27.09.2021
Abunə olmaq
1961-ci ildə "Qaya" Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olmuş Teymur Mirzəyev vəfat edib.
BAKI, 27 sentyabr — Sputnik. "Qaya" estrada-simfonik orkestrinin bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev 85 yaşında vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Qeyd edək ki, T.Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. O, 1961-ci ildə "Qaya" Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olub.
T.Mirzəyev müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdən biri idi. Dünyanın ən nüfuzlu konsert salonlarında ansamblın çıxışlarını geniş dinləyici kütləsinə tanıdıb sevdirə bilib. Onun rəhbərliyi dövründə ansambl Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Afrikada, Çexoslovakiyada, İsraildə, Kanadada, Gürcüstanda, Ukraynada məharətlə konsertlər verib. T.Mirzəyev yeni nəsil musiqiçilərin yetişməsində də böyük rol oynayıb.
Allah rəhmət eləsin!
Xəbər lenti
0