Nobel mükafatları laureatlara öz ölkələrində təqdim ediləcək

© AFP 2023 / JONATHAN NACKSTRANDСтатуя Альфреда Нобеля, фото из архива
Статуя  Альфреда Нобеля, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.09.2021
Abunə olmaq
Stokholmda ənənəvi keçirilən Nobel mükafatı mərasimləri əvəzinə builki format müxtəlif tədbirlərdən ibarət olacaq.
BAKI, 26 sentyabr - Sputnik. Bu il Nobel mükafatları laureatlara öz ölkələrində təqdim olunacaq.
Sputnik Azərbaycan xəbər veriri ki, bu barədə qərar Nobel Fondu tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar növbəti mükafatlandırma mərasimi ləğv edildikdən sonra verilib.
Stokholmda ənənəvi keçirilən Nobel mükafatı mərasimləri əvəzinə builki format müxtəlif tədbirlərdən ibarət olacaq.
2020-ci ildə COVID-19 pandemiyası artıq 12 laureatın ənənəvi şəkildə təntənəli mükafatlandırılmasından imtina etməsinə səbəb olub. Tədbirin rəsmi ziyafəti də ləğv edilərək Avropa və ABŞ-da kiçik mərasimlərlə əvəzlənib.
Öz növbəsində, Norveç Nobel Komitəsi hər il Osloda keçirilən Nobel Sülh Mükafatı laureatlarının təqdimetməsini və onları əvvəlki qayda ilə mükafatlandırmaq imkanını hələ də nəzərdən keçirir. Komitə cari il oktyabrın ortalarında builki tədbirlərin formatını açıqlamağı planlaşdırır.
Xəbər lenti
0