İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı olacaq

© © Anadolu Agency, Pool via APФлаги стран ОИС во время саммита в Стамбуле, 14 апреля 2016 года
Флаги стран ОИС во время саммита в Стамбуле, 14 апреля 2016 года - Sputnik Azərbaycan, 1920, 23.09.2021
Abunə olmaq
Azərbaycanın İrandakı səfiri 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın erməni işğalından azad olunması ilə regionda yeni reallıqların və əməkdaşlıq üçün yeni imkanların yarandığını bildirib.
BAKI, 23 sentyabr — Sputnik. Azərbaycanın İrandakı səfiri, eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Əli Əlizadə qurumun Baş katibi Xusrav Noziri ilə görüşüb.
Səfirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, diplomat Azərbaycanın İƏT-lə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edərək ölkəmizin təşəbbüsü ilə təşkilat çərçivəsində həyata keçirilən bir sıra mühüm layihələrin bunu bir daha təsdiq etdiyini bildirib.
İƏT çərçivəsində ticarət, investisiya, nəqliyyat, enerji, turizm və ətraf mühit sahələri üzrə əməkdaşlığın önəmini vurğulayan səfir Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin, istifadəyə verilmiş liman və azad iqtisadi zonaların, ölkəmizin təşəbbüsü ilə Bakıda fəaliyyət göstərəcək İƏT Tədqiqat Mərkəzinin və digər bu kimi layihələrin regional əməkdaşlığa öz töhfəsini verdiyini qeyd edib.
Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi zamanı İƏT-in ölkəmizin ərazi bötüvlüyünə göstərdiyi dəstəyə görə təşəkkür edən və bu dəstəyi yüksək qiymətləndirən səfir 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın erməni işğaldan azad olunması ilə regionda yeni reallıqların və əməkdaşlıq üçün yeni imkanların yarandığını bildirib.
Diplomat təşkilata üzv olan ölkələrin şirkətlərinin və biznes dairələrinin bu ərazilərdə də sərmayə qoyuluşu həyata keçirərək təklif edilən imkanlardan yararlana biləcəyini diqqətə çatdırıb. Səfir Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi kimi xidməti müddətində təşkilat çərşivəsində qarşılıqlı səmərəli əməkdaşlığın daha da artırılmasına və müştərək layihələrin həyata keçirilməsinə öz tövhəsini verməyə çalışacağını bildirib.
X.Noziri Ə.Əlizadəni Azərbaycanın İran İslam Respublikasına səfiri, eyni zamanda İƏT yanında daimi nümayəndə təyin olunması münasibətilə təbrik edib. Baş katib Azərbaycanın İƏT-in vacib ölkələrindən biri olduğunu, təşkilat çərçivəsində əməkdaşlığa göstərdiyi diqqət və aktiv fəaliyyətə görə təşəkkürünü bildirib.
Qarşıdan gələn İƏT-in 15-ci Zirvə toplantısı və 25-ci Nazirlər Şurasının iclasının təşkili istiqamətində gərgin işlərin getdiyini vurğulayan X.Noziri bu tədbirlərin üzv ölkələrin birgə səyləri nəticəsində uğurla başa çatacağına ümidvar olduğunu bildirib və səfirə fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
0