QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan Azərbaycanın qərarını dəstəklədi

© AP Photo / Francois MoriПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.09.2021
Abunə olmaq
Paşinyan hesab edir ki, razılaşma mətnində xarici yüklərin keçidinə dair müddəa yer almadığından Azərbaycan bu mexanizmi tətbiq edir.
BAKI, 15 sentyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunda Azərbaycanın nəzarətində olan ərazidə İran yük maşınlarının yoxlanılmasının mümkün səbəbini açıqlayıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Paşinyan xatırladıb ki, 2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanından miras qalan sərhədə geri çəkilib: "Gorus – Qafan yolu iki hissədə Ermənistan Respublikası və ya Sovet Ermənistanının sərhədini keçir".
Paşinyan bildirib ki, dekabrda bu yolun nəqliyyat vasitələri tərəfindən sərbəst şəkildə istifadə edilməsi və malların tranziti üçün razılıq əldə edilib.
"Hesab edirəm ki, razılaşma mətnində xarici yüklərin keçidinə dair müddəa yer almadığından, Azərbaycan bu mexanizmi tətbiq edir", - deyə Ermənistan Baş naziri vurğulayıb.
Paşinyanın sözlərinə görə, bölgədəki kommunikasiyaların açılmalı olduğunu qəbul edən Ermənistan, ölkə sərhədindən keçən xarici malların MDB-nin hüquqi çərçivəsinə uyğun olaraq gömrük, pasport və digər məntəqələrdən keçməli olduğunu qeyd edir.
Sentyabrın 13-ü Dövlət Gömrük Komitəsi məlumat yayaraq Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı bir sıra KİV-də yayılan məlumatlarla əlaqədar bildirib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.
Bu Məcəlləyə əsasən avtonəqliyyat vasitələri yol vergisinə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.
Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.
Həmçinin oxuyun: 
* Gorus-Qafan yolu ilə Azərbaycan ərazisinə qanunsuz keçən iranlı sürücülər saxlanılıblar
DGK Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasına münasibət bildirib
Xəbər lenti
0