18:03 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
12 0 0

"Daha dəqiq məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq" "Daha dəqiq məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq"

BAKI, 14 sentyabr — Sputnik. Təhsil Nazirliyi təhsil işçilərinin oktyabrın 1-dən yox, bütün ay ərzində hər iki peyvəndin dozasını qəbul edə bilməsi təklifini verib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, təhsil işçilərinin 84 faizinin vaksinasiyası yekunlaşıb. Vaksinasiya prosesini sürətləndirmək üçün 5 məntəqə yaradılıb: "Təhsil işçiləri rahat şəkildə gəlib, burada vaksin vurdura bilərlər. Hesab edirik ki, təhsil işçiləri və tələbələrə əlavə imkan veriləcək ki, ay ərzində koronavirus əleyhinə vaksinin hər iki dozasını qəbul edə bilsinlər. Hazırda bu istiqamətdə müzakirələr davam edir. Daha dəqiq məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq".

Qeyd edək ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Həmçinin oxuyun:

* Vaksin olunmayan tələbələr dərsə buraxılmayacaq? Nazirlik duruma aydınlıq gətirdi

Böyük auditoriyalarda mühazirələrin əleyhinəyik - Təhsil naziri rektorlarla danışacaq

Əsas mövzular