Boş qalan plan yerlərinə və kolleclərə qəbul olunanların qeydiyyatı başlayıb

© AFP 2023 / FRED DUFOURСтуденты сдают экзамен, фото из архива
Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.09.2021
Abunə olmaq
Bu gündən boş qalan plan yerlərinə və kolleclərə qəbul olunanların qeydiyyatı başlayırBu gündən boş qalan plan yerlərinə və kolleclərə qəbul olunanların qeydiyyatı başlayır
BAKI, 14 sentyabr — Sputnik. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan şəxslər 14 sentyabr saat 12:00-dan 20 sentyabr saat 23:59-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə 24 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.
Onlar yaradılan kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.
Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi qeydiyyat prosesi başa çatandan sonra aparılacaq.
Xəbər lenti
0